Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır. Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər! Peyğəmbər dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!” Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər. (Zuxruf surəsi, 86-89)
Zuxruf surəsi, 86-89-cu Ayələr
