Zuxruf surəsi, 33-35-ci Ayələr

Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür. (Zuxruf surəsi, 33-35)