Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər. Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu. (Zuxruf surəsi, 23-25)
Zuxruf surəsi, 23-25-ci Ayələr
