Zuxruf Surəsi, 1-8-ci Ayələr

Ha. Mim. Bu aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik? Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik. Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir. (Zuxruf surəsi, 1-8)