Zumər Surəsi, 11-15-ci Ayələr

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”. De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” (Zumər surəsi, 11-15)