Zülmə məruz qalanların duası

Zülmə məruz qalanların duası

Nisa surəsinin 75-ci ayəsində Uca Allahın bizə yönəltdiyi mühüm bir xitab mövcuddur. Bizə səslənən bu ilahi kəlamda böyük bir həqiqət gizlənir:

Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” – deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

Bu xitabdan bir əvvəlki, 74-cü ayəyə diqqət yetirdiyimizdə, Allahın mübarizənin məqsədini necə müəyyənləşdirdiyini görürük:

Elə isə, dünya həyatını axirət qarşılığında satanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşub ölər, yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 74)

Burada, evlənmək, nəsil artırmaq, yığıncaqlar qurmaq, əylənmək kimi dünya həyatının dəyərlərini tərk edib, Axirəti hədəf seçənlərin Allah yolunda mübarizə aparması əmr edilir. Müsəlmanlara qarşı sui-qəsd ola bilər, hər cür çətinliklə üzləşə bilərlər. Kim qalib gələcək? Hz. Mehdi qalib gələcək. O, böyük mükafat alacaqmı? Alacaq. Quranın müjdələdiyi kimi, “ona böyük bir mükafat veriləcək.” inşaAllah.

4-cü surənin 75-ci ayəsinin rəqəmləri cəmləndikdə 79 edir, əvvəlinə 19 qoyulduqda isə 1979 alınır. Bu tarix Hicri 1400-ün, yəni Hz. Mehdinin fəaliyyətə başlama ilinə işarədir. Allahın “sizə nə olub ki” deməsi, bir anormallığın, bir qeyri-adi vəziyyətin olduğunu bildirir. Bu sual insanı sarsıtmalıdır. Xalqı zalım olan ölkələrdən çıxarılmaq üçün edilən dua, dünyanın hər yerində məzlumların, əziyyət çəkən müsəlmanların ağır vəziyyətinə işarə edir.

Onlar çıxmaq istəyir, lakin buna da imkan verilmir. Köç edib xilas olmaq niyyətindədirlər. Həll yolu olaraq, “bizə Öz tərəfindən bir vəli,” bir himayəçi, yəni bir Mehdi göndərilməsi üçün Allaha dua edilir. “Bizə Öz tərəfindən bir yardımçı yolla,” bir rəhbər, bir Mehdi tələb olunur. Zəiflədilmiş kişilər, qadınlar və uşaqlar naminə Allah yolunda niyə mübarizə aparılmadığı sorulur. Bəziləri öz gəncliyini, təhsilini, evliliyini, nəsil artırmasını, rahat həyatını bəhanə gətirir.

“Mübarizəyə girməkdənsə, əvvəl təqaüdə çıxaq, sonra düşünərik” deyirlər. “Biz məscidə gedirik, Hoca hər şeyi danışır, orada heç nə yoxdur” iddiaları ilə kifayətlənirlər. Halbuki, buna görə Osmanlı dağıldı, İslam aləmi parçalandı və böyük bir səfalət içindədir. Allahdan qorxmalı, ağlımızı başımıza yığmalıyıq.

Mübarizənin əsas məqamı isə növbəti ayədə açıqlanır:

İman edənlər Allah yolunda cihad edərlər. İnkar edənlər isə Tağut (şeytan, dəccal) yolunda cihad edərlər. Elə isə, şeytanın dostlarına qarşı cihad edin! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir. (Nisa surəsi, 76)

İnkar edənlər də dəccaliyyət yolunda mübarizə aparır, onlar boş durmurlar. Onlara qarşı mübarizədən əl çəkmək, namaz qılmaq, zəkat vermək əmr edildikdə, mübarizə fərz olduqda bəziləri insanların qorxduğu kimi, hətta Allahdan qorxduqlarından daha şiddətli bir qorxuya qapılırlar:

“(Cihaddan) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” – deyilən kimsələri görmədinmi?! Cihad etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Cihadı nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın”, – dedilər… (Nisa surəsi, 77)

Onlar həbs olunmaqdan, təqib edilməkdən, özlərini təhlükəsizlikdə görmək istəyirlər. “Evlənəcəyəm qız bunu bilsə nə olar, evliliyi bitirər,” “bu çox vacib bir mövzudur” deyərək, bütün varlığını nəsil artırmaya həsr edən bir adama bənzəyirlər. Uca Allah onların bu qorxusunu belə təsvir edir: “Allahdan qorxduqları kimi, bəlkə də daha artıq adamdan qorxuya düşdü.”“Ey Rəbbimiz! Nə üçün döyüşməyi bizə vacib etdin” deyirlər. Evlərində oturub rahat yaşamağı, işlərinə gedib gəlməyi, evlənməyi arzulayırlar. “Bizi yaxın bir zamana ertələməli deyildinmi?” sualı ilə, bu mübarizəyə girməməyi, rahatlığa qovuşmağı diləyirlər.

Lakin Allah onlara cavab verir:

…(Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir (Nisa surəsi, 77)

Dünyaya gətirdiyimiz övlad da öləcək, özümüz də yox olacağıq. Uğrunda bu qədər əziyyət çəkdiyimiz insanlar da qəbirdə çirkin qoxular saçaraq yox olub gedəcək. Qəbir açıldıqda insanlar iyrənir, dözülməz bir qoxu ilə qarşılaşırlar. Allah bunu bilərəkdən yaradır ki, insanlar dünyaya bağlanmasınlar. Axirət isə, sonsuz mükəmməldir. Xurma lifi qədər belə haqsızlığa uğramayacağımız, mükəmməl bir sistem qurulacağı bildirilir.

Allahın buyurduğu kimi, ölümdən qaçış yoxdur:

Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”… (Nisa surəsi, 78)

Doğurduğumuz varlıqlar da öləcək. Hər kəs ətdən-sümükdən yaradılıb. Uca binalarda, göydələnlərdə yaşasanız belə, ölüm sizi tapacaqdır.

Sonra isə insanların qəribə yanaşmasına toxunulur:

…Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” – deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” – deyərlər… (Nisa surəsi, 78)

Yəni, “Başımızı bəlaya saldın, bu mübarizə ilə bizi məhv etdin,” deyirlər. Allah isə buna cavab verir:

…De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər! (Nisa surəsi, 78)

Hər şeyi mən yaradıram deyir Allah.

Sənə gələn hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə özündəndir… (Nisa surəsi, 79)

Yəni, etdiyin günahlara görə olar və ya bəzən imtahan üçün baş verir.

…(Ey Rəsulum!) Səni insanlara elçi olaraq göndərdik. (Buna) şahid olaraq Allah yetər. (Nisa surəsi, 79)

Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik. (Nisa surəsi, 80)

Bu ayəni Axırzamana tətbiq etdikdə, kim Hz. Mehdiyə itaət edərsə, həqiqətdə Allaha itaət etmiş olur. Üz çevirən özü bilər. Allah buyurur ki, “Tamam, qəbul edirik” deyirlər amma…

(Ey Rəsulum! Sənə:) “Baş üstə!” – deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Nisa surəsi, 81)

Onlar yanından ayrıldıqdan sonra “nə deyir bu adam, cəfəngiyat danışır” deyirlər, haşa. Allah onların gecə qaranlığında qurduqlarını yazır. “Sən də onlardan üz çevir,” boş ver, “Allaha təvəkkül et, vəkil olaraq Allah yetər.” Mən sənə yetərəm deyir Uca Allah.

Allahın kəlamı olan Quran barədə isə:

Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar. (Nisa surəsi, 82)

Quran 1400 ildən bəri araşdırılır və tək bir ziddiyyətli açıqlama yoxdur. Nə elmə ziddir, nə də öz məntiqi ilə ziddiyyət təşkil edir. Bir insan belə bir əsər yazmağa cəhd etsə, minlərlə ziddiyyət çıxar. Elm həmişə Quranı sonradan təsdiq edir, Quran isə həmişə öndə gedir.

Məsələn, Quran zaman və məkanın sonradan yaradıldığını dedi, insanlar etiraz etdi, lakin 1400 il sonra elm Quranı təsdiqlədi. “Həqiqətən zaman və məkan yox imiş, həqiqətən nisbi imiş, biz səhv söylədik” dedilər. Uca Allah ilk yaranışda kainatın bulud və tüstü ilə örtülü olduğunu dedi, elm bunu təsdiqlədi. Göyün yeddi qat olduğunu dedi, bu da təsdiqləndi. Quran nə deyirsə, doğru çıxır.

Buna görə də, mübarizəni dayandırmaq olmaz:

Ona görə də Allah yolunda vuruş! Sən özündən başqasına görə məsul deyilsən. Möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah inkar edənlərin gücünü qırar. Allahın gücü daha çox, cəzası da daha şiddətlidir. (Nisa surəsi, 84)

Bu ayə Hz. Mehdiyə də bir xitabdır. “Möminləri hazırlayıb təşviq et.” “Ola bilsin ki, Allah, kafirlərin ağır təzyiqlərini geri püskürtsün.” Darvinistlərin, materialistlərin, ateistlərin və zülm edənlərin təzyiqləri geri püskürdüləcək. Allahın qəhredici təzyiqində bir vasitə vardır ki, bu da Hz. Mehdi və Hz. İsadır. Onlar qəhredici güclərdir. Allah “daha zorludur” deyir, Hz. Mehdi dəccaliyyətdən daha zorludur. “Acı nəticələndirməsi də daha şiddətlidir.” Allah Axırzamanda iqtisadi böhranlar, fəlakətlər kimi acı nəticələr verəcəyini bildirir.

Müsəlmanlar səmimi olmalı, İslamın dünya hakimiyyətini ürəkdən istəməli, buna qarşı çıxanlara inanmamalıdırlar. Müsəlmanlar ağıllı şəkildə Peyğəmbərin təlimatlarına görə hərəkət etməlidirlər. Peyğəmbərimiz vəfatından əvvəl “Mən sizin imamınızam. Qiyamətə qədər sizin nə etməyiniz lazım olduğunu sizə əmr edirəm” deyir.

Axırzamanla bağlı hansı hadisələrin olması, Hz. Mehdinin gəlməsi, ona tabe olunması, onun fəaliyyəti, İstanbula gəlməsi bildirilir. Yeri də bildirir Peyğəmbər. Sonra arxasından İsa gələcək, o da ona tabe olacaq. Minlərlə təlimat vermişdir. Bizlər də onun əmrinə tabeyik. Peyğəmbərin imamlığına itaət fərzdir. O, “nəfsinin istəyi ilə danışmaz.” verdiyi təlimatların hamısı fərzdir. Hz. Mehdi də Peyğəmbərin əmrinə tabedir. Hz. İsa da Peyğəmbərimizə tabedir.

Lakin müsəlmanların böyük bir hissəsi Peyğəmbərin təlimatlarını dinləmirlər. Peyğəmbər “bu əlamətləri gördüyünüzdə mənim əmrlərimi etməyə başlayın” dediyi halda, bəziləri “biz qəbul etmirik” deyirlər. Axırzamanda Hz. Mehdini çox az insanlar dinləyəcək, xeyli hissəsi dinləməyəcəkdir. Bədiüzzaman Səid Nursi Risaleyi-Nur üçün: “Risaleyi-Nurun sahibi nur tələbələri deyil,” “Mehdi və tələbələridir həqiqi sahibi” deyir. Mehdi və tələbələri bütün ağırlığı öz üzərlərinə götürəcəklər. “Risaleyi-Nuru hazır bir proqram olaraq nəşr və tətbiq edəcəkdir” deyir. O, Qurana, Risaleyi-Nura, hədislərə uyacaq və İslamı dünyaya hakim etməyə vəsilə olacaq. Lakin “Risaleyi-Nurun həqiqi sahibi Odur.”

Axırzaman belə bir vaxtdır. İnsanlar Peyğəmbərin əmrlərini əməl etməyəcək, “aliməm” deyən saxtakarların arxasınca gedəcəklər. Peyğəmbərin təlimatının əksinə danışanlara inanacaqlar. Peyğəmbər ömrün 7000 il olduğunu, 5600 ilinin keçdiyini bildirir. Bu rəqəmlər hesablansın deyə verilir. 7000-dən 5600-ü çıxartdığımızda 1400 ilə 1500 arası olduğu aydın olur. Lakin bunu anlamamazlıqdan gəlirlər. Çünki taleləri elədir.

Qurana zidd olan məlumatlar öyrədirlər. Evlilik, pul qazanmaq kimi mövzuları əsas hədəfə çevirir, əsas mövzulardan uzaqlaşdırırlar. Bunu da din və Allah adına edirlər. Bəziləri də dünyəvi səbəblə bu cür adamları dəstəkləyir. Halbuki bu, uğursuzluq və bərəkətsizlik gətirir. Bir uğursuzluq varsa bunun kökü bu tip hallardan qaynaqlanır. Bir çox müsəlmanın çətin vəziyyətdə qalmasının səbəbi bu cür hadisələrdir.