“Bundan əlavə, iki Dəccalın xüsusiyyətləri və vəziyyətləri fərqli olsa da, RƏVAYƏTLƏRDƏ İLTİBAS OLUR (qarışdırılır), BİRİ DİGƏRİ ZƏNN EDİLİR. HƏM “BÖYÜK MEHDİNİN” VƏZİYYƏTİ SABİQ MEHDİLƏRƏ (əvvəlki mehdilərə) işarə edən RƏVAYƏTLƏRƏ MUTABIK (uyğun) ÇIXMIR və hədisi mütəşabih olur (bir çox şeyi ifadə edə biləcək hədis) hökmünə keçir.” (Şualar, səh. 582)
Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in Axırzamana aid hədislərində qeyd olunan dəccalların xüsusiyyət və fəaliyyətlərinin bir-birinə bənzədiyini bildirir; buna görə də biri digərini səhv sala biləcəyini söyləyir. Bununla yanaşı, bu hədislərdə “böyük Mehdi” ilə əlaqədar bildirilən xüsusiyyətlərin, “keçmiş Mehdi” olaraq adlandırdığı əvvəlki dövrlərdə gələn mücəddidlərin xüsusiyyətlərindən çox fərqli olduğunu ifadə etmişdir.
Bədiüzzaman hədislərdə adı keçən Dəccalların “İLTİBAS OLUR (QARIŞDIRILIR)” sözləri ilə qarışdırılacağını xatırlatmışdır. Bədiüzzaman Axırzamanda gələcək “böyük Mehdi” ilə “keçmiş Mehdilər” arasında belə qarışıqlığın olmayacağını bildirmişdir. Bunun səbəbinin “Peyğəmbərimiz (s.ə.v)-in hədislərində keçmiş mehdilərlə əlaqədar verilən məlumatların böyük Mehdinin xüsusiyyətlərinə uyğun gəlməməsi” olduğunu ifadə etmişdir.
Bu sözlərlə Bədiüzzaman “BÖYÜK MEHDİ”nin “keçmiş zamanlarda gəlmədiyini” və bu mübarək insanın “Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilən bütün xüsusiyyətlərə sahib olması ilə tanınacağını” ifadə etmişdir. Çünki bir insanın Mehdi olması üçün Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən xüsusiyyətlərin hamısına sahib olmalıdır. Əks təqdirdə, bəzi əlamətlərin olduğunu zənn edərək həmin adamın Mehdi olduğunu düşünmək doğru deyil. Hz. Mehdi (ə.s) Allahın izni ilə, ortaya çıxanda Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün bu əlamətləri daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi “seyid”, yəni Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olacaq və İslam əxlaqını bütün dünyaya çatdıracaq, dünyaya bənzərsiz ədalət, sülh, bolluq gətirəcək. Bədiüzzaman buradakı sözləri ilə bu əlamətlərin fərqinə də diqqət çəkmiş, bu xüsusiyyətlərə sahib olmayan şəxslərin Mehdi olmayacağını xatırlatmışdır.
Bədiüzzaman bu mövzu ilə bağlı çıxışında başqa mövzunu da vurğulamış, hədislərdə bildirilən dəccalların, keçmiş mehdilərin və hz. Mehdinin “mənəvi şəxsiyyətlər” deyil, “İNSAN” olduqlarını ifadə edən açıqlamalar vermişdir. Çünki “BİRİ” və “DİGƏRİ” sözləri burada “ŞƏXS” ifadə edən əvəzliklər kimi istifadə olunmuşdur. Bu sözlərlə Bədiüzzaman həm “KEÇMİŞ MEHDİ”lərin, həm də “BÖYÜK MEHDİ”nin “İNSAN” olduğunu bildirir.
Bədiüzzaman əsərlərində keçmiş mehdilərin Axırzaman Mehdisinin üç əsas vəzifəsini yerinə yetirə bilmədikləri üçün böyük Mehdi ola bilməyəcəklərini izah edir. Bunun başqa bir səbəbinin, yuxarıda izah edildiyi kimi, böyük Mehdinin xüsusiyyətlərinin keçmiş Mehdilər ilə əlaqədar hədislərdə Peyğəmbərimiz (s.ə.v) tərəfindən bildirilən xüsusiyyətlərə uyğun gəlməməsidir. Bu ifadələr ilə Bədiüzzaman Mehdinin zühur etdiyi zaman bu xüsusiyyətlərə sahib olaraq tanına biləcəyini xatırlatmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyi hz. Mehdinin əxlaqına, fiziki xüsusiyyətlərinə, soyuna, mübarizəsinə və həyata keçirəcəyinə dair heç bir əlamət yoxdursa, bir insanın hz. Mehdi olma ehtimalından danışmaq olmaz deyə bildirmişdir. Buna görə də verdiyi bu məlumat ilə hədislərdə bildirilən müjdənin hələ də həyata keçmədiyini və hz. Mehdinin keçmiş dövrdə gəlmədiyinə diqqət çəkmişdir.
Bədiüzzaman da hz. Mehdinin mənəvi varlıq olmadığını və “ŞƏXS” olaraq möminlərin başında olacağını və onlara rəhbərlik edəcəyini də açıqlamışdır. Belə ki:
Bədiüzzaman əvvəl gələn mehdilərin fərdlər olduğunu izah etmiş, sonra isə böyük Mehdi ilə aralarındakı fərqi izah etmişdir. Bu o deməkdir ki, böyük Mehdi də “ŞƏXS”dir.
Əvvəlki mehdilər göstərilən vəzifələri yerinə yetirə bilməyiblər. Amma bu vəzifələri böyük Mehdi yerinə yetirəcək. Bu vəzifələrin yerinə yetirilməsi bir insanın varlığını tələb edir. Bu, böyük Mehdinin də “ŞƏXS” olacağı mənasını verir.
Böyük Mehdi Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyi keçmiş mehdilərin xüsusiyyətlərinə uyğun gəlmir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyi Axırzaman mehdisinin xüsusiyyətlərini böyük Mehdi daşıyacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdinin şəxsi-mənəvi deyil, fiziki xüsusiyyətləri və əxlaqı ilə izah edilən bir insan olması əsrlər boyu bütün İslam alimlərinə məlumdur. Bədiüzzaman böyük Mehdinin hədislərdə izah edilən keçmiş mehdilərdən bu fərqinə də diqqət çəkmiş və yenidən “ŞƏXS”dən bəhs etdiyini bildirmişdir.
Bu ifadələrdə adı keçən “keçmiş Mehdi”lərin fərd olduğu qəbul edilsə də, Bədiüzzamanın eyni sözlər ilə ifadə etdiyi “böyük Mehdi”nin “şəxsi-mənəvi” olacağını irəli sürmək əlbəttə ki, ziddiyyət təşkil edir. Belə vəziyyətdə, rəvayətlərdə adı çəkilən Axırzaman Mehdisindən əvvəl gələn bütün mehdilər şəxsi-mənəvi olmalı idilər, amma belə şey olmamışdır. Buna görə də belə yanaşma yanlış və məntiqsizdir. Bədiüzzaman müjdə verərkən, Peyğəmbərimiz (s.ə.v)-in nəql etdiyi xüsusiyyətlərə sahib olaraq tanınacaq böyük Mehdi Axırzamanda “ŞƏXS” kimi ortaya çıxacaq və Allahın izni ilə, hər üç vəzifəni şəxsən yerinə yetirəcək.

