“Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini əri, atası, ərinin atası, övladları, ərinin övladları, bacı-qardaşları, bacı-qardaşlarının övladları, qadınlara, sahib olduğu cariyələr, qadınlara ehtirası olmayan xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!” (Nur surəsi, 31)
“Nur” surəsinin 31-ci ayəsində qeyd olunan “zinət” sözünün, zinət əşyaları, mirvari və muncuqlarla heç bir əlaqəsi yoxdur. Ayədə bildirilən zinət yeri qısaca dekolte geyimidir. Yəni qadın dekolte geyimində etibar edilən, ayədə yazılan şəxslərin yanında rahat ola bilər və bu halaldır.
Ayənin sonunda yazılan “məhrəm yerlər” isə cinsi orqan və sinə hissəsidir. Cinsiyyəti anlamayan balaca yaşda olan uşaqların təsadüfən görməsində günah yoxdur deyilir.
Digər ayədə isə deyilir ki:
Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar… (Taha surəsi, 121)
Ayədən açıq şəkildə deyilir ki, “ayıb yerləri” yəni cinsi orqanları göründü (cənnətdə cinsi orqanlar görünmür, dünya həyatında görünür) və hər ikisi də (Kişi və qadın) ayıb yerlərini yarpaqlarla örtdülər. Kişilərdə bu cinsi orqandır, qadınlarda isə cinsi orqan və sinə hissəsidir.

