Zər alemində (qalu balada) hər kəs Allaha söz verib

Biz zər aləmində insan olaraq mükəmməl yaradıldıq

Biz zər aləmində insan olaraq mükəmməl yaradıldıq. Qaş, göz, ağız, burun, qollar, bədən mükəmməldir. Peyğəmbərlər peyğəmbərlik vəzifəsi ilə yaradıldı. Hər kəs oradadır, Allahın qarşısındadırlar, çılpaq deyil, gözəl cənnət paltarları üstlərindədir. Allah Rəbbimiz soruşur: “Mən sizin Rəbbinizəmmi?” “Bəli, ya Rəbb” deyirlər “sən bizim Rəbbimizsən” deyirlər. Allah Peyğəmbərlərdən soruşur, Quran ayəsidir (Ali İmran surəsi, 81); “biri gələcək” -deyir. “Amma bu kitablı peyğəmbər olmayacaq” -deyir. “Bir elçi, təbliğçi gəldiyində bu adama kömək edəcəksənmi?” -deyir. Peyğəmbərlərin hamısı Allaha and içir kömək edəcəyəm deyir. Kitab verilməyən, Axırzamanda gələn son elçi Hz. Mehdidir.

Zər aləmində bütün insanlar yaradılmışdır. Ruh sahibləri və ruhsuz zombi insanların hamısı. Sonra yavaş-yavaş Allah bunları ana-ata vasitəsilə dünyaya təqdim etməyə başlayır. Öldürür əvvəl ölürlər, sonra dünyaya təqdim etməyə başlayır. Burada təkamül haradadır? Bütün insanlar daha əvvəl, hələ kainat yox ikən, “Big bang” deyilən hadisə hələ yox ikən yaradıldı. Burada təkamül haradadır?

…Rəbbin Adəm övladlarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” – dedilər. (Əraf surəsi, 172)

Əraf surəsi, 172-ci ayə. “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları öz nəfsləri əleyhinə şahid tutmuşdu”. Nəfs nə deməkdir? Bədən, bədən sahibi, ağıl və iman sahibi; görür, eşidir, düşünür, mühakiməsi var, fiziki bədən sahibidir. “Nəfsləri əleyhinə şahid tutmuşdu” insan olduğu üçün şahid tutulur.

Bir zaman Allah peyğəmbərlərdən: “And olsun, Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir elçi gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Qəbul etdik!” – demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi. (Ali İmran surəsi, 81)

Ali İmran surəsi, 81-ci ayə. “Bir zaman Allah Peyğəmbərlərdən”. Peyğəmbər olaraq oradadırlar. Allah “And olsun” deyir “Sizə Kitab və hikmət verdikdən sonra, sizdə olanı təsdiqləyən” təsdiq edən “bir elçi” bir Mehdi “gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” – deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi (ağır yükümü) qəbul edirsinizmi?” – demişdi”. Allah: “ağır bir yük” -deyir, “götürdünüzmü?” Peyğəmbərlər “Onlar: “Razıyıq!” – demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – demişdir”. “Big Bang”dən əvvəl yəni ilk partlama deyilən “Big Bang”dən əvvəl. Hələ zaman yoxdur, məkan yoxdur. “Big Bang” 15 milyard il əvvəl baş verib.