Zənnə qapılmamaq, qeybət etməmək, eyib axtarmamaq

Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır: Zənnə qapılmamaq, Qeybət etməmək

Ayədə möminin çəkinəcəyi üç mühüm davranışdan söhbət açılır: Zənnə qapılmamaq, Qeybət etməmək, Eyibləri araşdırmamaq… Bunlar eyni zamanda bir-biri ilə bağlı olan davranışlardır. Çünki qeybət edən, yəni bir möminin arxasınca dedi-qodu edən insan elə onun haqqında bəzi sui zənnə düşmüş olur.

Bu davranışların üçünün də ortaq xüsusiyyəti möminləri incidən, möminlər arasındakı bərabərliyi və həmrəyliyi pozan, sevgini, şəfqəti və mərhəməti azaldan davranışlar olmasıdır. Bunların hamısı cahiliyyə toplumunun gündəlik həyatında adi hal almış çirkin vərdişlərdir. Cahil cəmiyyətin çox təbii qarşıladığı bu vərdişlərin əslində nə qədər qəbul edilməz və xoşagəlməz olması ayədəki qeybətlə bağlı misaldan da aydın olur. Həmçinin başqa bir ayədə də Allahın “arxada dedi-qodu edənlər” haqqında böyük bir xəbərdarlığı var.

“Qeybət edib tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur” (Huməzə surəsi, 1-6).

Məlum olduğu kimi, ayənin davamında həmin davranış tərzini mənimsəyənlərə qarşı birmənalı şəkildə cəhənnəm təhdidi var. Həmin təhdidi nəzərə aldığımız zaman, bu əxlaqın möminlərin diqqət yetirməli olduğu Qurandan kənar bir davranış olduğunu görərik.

Şeytan dini inkar edənlərin bir-birinə bəslədiyi kin, həsəd və paxıllıqdan irəli gələn eyibləri araşdırmaq və qeybət kimi davranışları möminlərə müsbət göstərmək üçün, bunları dinin ayağına yazmağa çalışa bilər. Məsələn, səhv və nöqsanları olan bir möminin arxasınca dedi-qodu etməyi onun yaxşılığı və ya dinin mənfəəti üçün olan hərəkət kimi göstərməyə çalışa bilər. Halbuki Allah bu davranışı möminlərə Quranda qəti qadağan etmişdir.