Zənnə və təxminə əsaslanaraq hərəkət etmək Allahın bəyənmədiyi bir əxlaqdır. Allah Quranın bir çox ayəsində zənnə əsaslanaraq davranmağın cahiliyyə cəmiyyətinə məxsus bir xüsusiyyət olduğuna diqqət çəkmiş və zənnin insanlara heç bir fayda vermədiyini bildirmişdir. İman gətirən bəndələrinə zənndən çəkinməyi əmr etmişdir. Möminlər Allahın bu tövsiyəsinə əməl edərək şayiələrə söykənən və heç bir dəlili olmayan məlumatlarla hər hansı bir mövzuda fikir bildirməzlər. Əgər hər hansı bir mövzuda söyləyəcəkləri bir söz və ya bildirəcəkləri bir fikir varsa, bunu mütləq Quran əxlaqına uyğun şəkildə, qəti dəlillərə əsaslanaraq və ədalətlə edərlər. Heç bir mötəbər dəlil əldə etmədən, həmin şəxsdən soruşmadan onun haqqında zənnə əsaslanan hökm verməz və hər hansı bir nəticəyə gəlməzlər.
Möminlərin bu mövzuda göstərdikləri həssaslıq onların Allah qorxusundan irəli gəlir. Etdikləri hər bir işin axirətdə qarşılarına çıxacağını bilən, Allahın əzabından qorxub çəkinən möminlər bu məsələdə son dərəcə diqqətli və ədalətli davranarlar. Allah Quranda zənn haqqında belə buyurmuşdur:
“Ey iman gətirənlər! Zənndən çəkinin, çünki zənn edilənlərin bir qismi günahdır …” (Hucurat surəsi, 12) doğrudurmu?

