Zəlzələ Surəsi, 1-8-ci Ayələr

Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?”– deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır. (Zəlzələ surəsi, 1-8)