Mutasiyalar, insan bədəninə dair bütün məlumatların şifrəli olduğu DNT üzərindəki təsadüfi dəyişikliklərdir. Mutasiyalara radiasiya, kimyəvi maddələr kimi faktorlar səbəb olar. Təkamülçülər, mutasiyaların canlıları təkamülləşdirdiyini iddia edirlər. Halbuki mutasiyalar canlılara daim zərər verər, onları inkişaf etdirməz, onlara yeni funksiyalar (məsələn qanad, ağciyər kimi orqanlar) qazandıra bilməz.
Onları ya öldürər ya da şikəst buraxarlar. Mutasiyaların bir canlını inkişaf etdirdiyini, ona yeni xüsusiyyətlər qazandırdığını iddia etmək, bir zəlzələnin bir şəhəri daha inkişaf etmiş və müasir bir hala gətirdiyini və ya bir kompyuterə çəkiclə vurulduğunda yeni bir versiyasının yaranacağını iddia etməyə bənzəyir. Necə ki, müşahidə edilmiş heç bir mutasiyanın genetik məlumatı artırdığı görülməmişdir.
