Dr. Zəki Bayraktar

İnsanların bir çoxunun din haqqındakı bilgiləri uşaqlıqdan etibarən ətrafından aldıqları

İnsanların bir çoxunun din haqqındakı bilgiləri uşaqlıqdan etibarən ətrafından aldıqları təlqinlərlə yoğrulub. Dini əsl mənbəyindən, yəni Qurandan öyrənmədikləri üçün də din adı altında bir çox xurafata, əsassız inanca qapılırlar. Bu inancların ən təhlükəlilərindən biri isə dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.

Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dinin əslini qavraya bilməyən bəzi şəxslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar azadlıq adı altında sərhədləri tanımırlarsa, bəzi şəxslər də təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmək, çətinləşdirmək cürətini göstərirlər. Bu, əslində şeytanın insanlara qurduğu tələdir. Bu insanlar Allahın haram etmədiyini haram kimi göstərib, daha çox qadağa meydana gətirməyi bir üstünlük zənn edirlər. Hətta öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etmir və bir də bunun vicdani çöküntüsünü yaşayırlar. Allah bir ayəsində hz. İsadan sonra isəviləri azdıran xristianları bu mövzuya nümunə olaraq verir:

“Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.” (Hədid surəsi, 27)

Bu səbəbdən Allah inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə surəsi, 77)

I … İnsanın əməl edəcəyi tək şey Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də uzaq olmaqdır. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar axirətdə bunun məsuliyyətini öz üzərinə götürmüş olaraq hesab verəcəklər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbərimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (s) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:

“Din asandır. Kimsə dinə qarşı sərt ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır. Möhkəm tutmaq istəyərkən aciz qalar.) Hərəkətlərinizi düzəldin, (hüduda) yaxın olun.” (Ramuz Əl-Hadis, cild 1, səh. 98)

İnsanlar dini Peyğəmbərimizin yuxarıdakı hədisi ilə bildirdiyi şəkildə qiymətləndirməlidirlər. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük yanlışdır. Necə ki, Allah Quranda bildirdiyi hökmləri hər şərtdə və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır.