Zəkat verməyənin öldürülməsi

Zəkat Quranda xəbər verilən bir ibadətdir

Zəkat Quranda xəbər verilən bir ibadətdir. Hər ibadət kimi müsəlmanlara zəkat da fərz edilib və bu ibadət Allaha olan sevgidən dolayı ürəkdən edilir. Buna görə də bir müsəlman başqa birisinin çətin vəziyyətdə qalmasına izin verməyərək öz malından ona da verir. Bu, onsuz da könül xoşluğu ilə edilir.

İbadəti ibadət edən onun istək və şövqlə edilməsidir. Allah bütün insanları dilədiyi kimi varlandırmağa, onlara istədiyi zaman ruzi verməyə qadirdir, lakin zəngin olanları imtahan etmək üçün bəzi adamlara kasıblıq verir. Yoxsul öz vəziyyətinə səbir etməklə və istənilən halda Allaha yönəlib şükür etməklə, zəngin isə verilən nemət üçün yoxsulun ehtiyaclarını ödəməklə məsuliyyət daşıyır.

Allah Quranda Allaha və axirət gününə inananların zəkat verdiyindən bəhs edir. Belə ki, zəkat bütün ibadətlər kimi Allaha qarşı könül xoşluğu ilə edilir, ölüm təhdidi ilə deyil:

… Namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)

Yoxsulu doydurmaq Quranda müsəlmanın ən böyük vəzifələrindən biridir. Lakin bunu yerinə yetirməyən barədə verilən hökm uydurma hədisdəki kimi deyil:

Hədisdəki ifadəyə görə, hər hansı səbəbdən zəkat vermək istəməyən bir adama bu ibadət məcbur etdirilir və malının yarısı əlindən zorla alınır. İlk öncə malı əlindən zorla alınan adam ibadət etmiş sayılmır. İnsanın vicdanla yerinə yetirmədiyi əməl ibadət deyil. Ondan bir ibadəti etməyi məcbur istəmək Qurana tamamilə ziddir. Bu hərəkət eyni zamanda onun dinə və dindarlara nifrət bəsləməsinə vəsilə olur və dindar cəmiyyətlərə zərər verir. …

I Əsil vəhşilik zəkat verməyən adamın öldürülməsidir. Quranda qətiyyən olmayan bu hökm cinayətdir. Quran dində gücdən istifadə etməyi qadağan etmişdir. Bundan başqa, Quran bir insanı öldürməyi də (müdafiə məqsədi istisna olmaqla) qadağan etmişdir. Quranda bu barədə belə bildirilir:

…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür… (Maidə surəsi, 32)

Göründüyü kimi, cinayət İslama görə, böyük günahdır. Belə bir vəziyyətdə cinayət kimi bir günahı dinin hökmünə çevirmək həm İslama, həm də Peyğəmbərimizə (s) qarşı böyük iftira atmaqdır. Bunu edənlər böyük harama girirlər. Beləliklə, bu saxta hədis xurafatlarla Qurandakı həqiqi hökmlərin nə qədər ziddiyyət təşkil etdiyinin əhəmiyyətli sübutudur.