Zəhərli Bitki Yeyən Koalalar

Evkalipt yarpaqları liflidir və tərkibində zülalın miqdarı olduqca azdır. Tərkibindəki yüksək miqdarda aromatik yağlar və kimyəvi birləşmələr isə otyeyən canlılar üçün zəhərlidir.

Lakin çox maraqlıdır ki, bu zəhər bəzi evkalipt növləri ilə qidalanan koalalara təsir etmir. Xüsusi dişləri sayəsində koalalar evkalipt yarpaqlarını çeynəmədən udurlar. Yarpaqlar koalaların kor bağırsağında olan bakteriyalar vasitəsilə asanlıqla həzm olunur, qalan hissəsi isə qaraciyərdə zəhərdən təmizlənir və bədəndən kənarlaşdırılır.

Burada açıq bir həqiqətlə qarşılaşırıq. Zəhərli evkalipt bitkisini yeyən koalaların həzm sistemi bu bitki ilə qidalanmaq üçün xüsusi yaradılmışdır. Bu, hər şeyi qüsursuz şəkildə yaradan Allahın mükəmməl yaratmasıdır.