Lağ etmək üçün yalan danışmaq da geniş yayılmış əxlaqsızlıqdır. Məsələn, lağ etmək niyyətində olan bir insan, yoldaşını yaşanmamış bir hadisənin yaşandığına inandırar. Yoldaşının söylədiklərinə inanması, bu xəyali hadisəni inanaraq başqalarına danışması, bunun nəticəsində ətrafında “saf” hesab edilməsi, yalan danışan və eyni zamanda lağlağı olan insanı əyləndirər. Bu insan, yoldaşının saflığına lağ edər, özünü isə çox hiyləgər və ağıllı zənn edər. Halbuki həm Allahın razı olmayacağı bir rəftar göstərmişdir, həm də xoşagəlməz və sevilməyən bir insan olmuşdur. Dolayısilə öz qurduğu tələyə özü düşmüş, başqalarını alçaltmaq istəyərkən özü alçalmışdır.
Allah yalan kimi, lağ etməyi də qadağan etdiyini Hucurat surəsində belə bildirir:
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar… (Hucurat surəsi, 11)
Bəzi insanlar, laqeydcəsinə, heç düşünmədən, bir neçə dəqiqə üçün özlərini lağ etmək və yalan danışmaqla əyləndirmək istəyərkən, əslində Allahın məmnun olmadığı və Quranda pis əxlaq kimi bildirdiyi rəftarları göstərirlər. Quran əxlaqına uyğun olmayan məntiqlə hərəkət edən insanlar, özlərinə bu etdiklərinin pis davranış olduğu deyildiyi zaman, “bunda nə var ki, təkcə əylənirdik” deyə bilirlər. Halbuki, lağ etmək və yalan danışmaq pis xüsusiyyətlərdir.

