Zaman, bir anı başqa bir anla müqayisə üsulu olaraq təyin oluna bilər. Bu mövzuya belə bir nümunə verə bilərik: Bir cismə vuranda müəyyən bir səs çıxar. Eyni cismə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. İnsan, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə “zaman” deyər.
Halbuki, ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehnindəki xəyaldan ibarətdir. İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman qavrayışını əldə edər. Əgər bu müqayisə olmasa zaman anlayışı da olmaz.
Bir az əvvəl də söylədiyimiz kimi, zaman anlayışı, iki hadisəni bir-biriylə müqayisə edərək ortaya çıxar. Halbuki, bu müqayisə, beynimizin içində verilən bir qərardır və buna görə də nisbidir. Bunun ən açıq nümunəsini yuxumuzda yaşayarıq. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir. Bu mövzuyla əlaqədar bir çox nümunə Quran ayələrində də bildirilmişdir. Bəzi ayələrdə insanların zaman hisslərinin fərqli olduğuna, insanın əslində çox qısa bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyini işarə edilmişdir. Bu mövzudakı ayələrdən biri belədir:
Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş” – deyəcəklər. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz! (Muminun surəsi, 112-114)

