Zamanın nisbi olması nə deməkdir?

Zaman anlayışı, iki hadisəni bir-biriylə müqayisə edərək ortaya çıxar. Halbuki, bu müqayisə, beynimizin içində verilən bir qərardır və buna görə də nisbidir. Bunun ən açıq nümunəsini yuxumuzda yaşayarıq. Yuxuda gördüklərimizi saatlarla davam etmiş kimi hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir. Bu mövzu ilə əlaqədar bir çox nümunə Quran ayələrində də bildirilmişdir. Bəzi ayələrdə insanların zaman hisslərinin fərqli olduğuna, insanın əslində çox qısa bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyinə işarə edilmişdir. Bu mövzudakı ayələrdən biri belədir:

Allah (inkar edənlərə) belə deyəcək: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan (mələklərdən) soruş!” – deyəcəklər. Allah deyəcək: “Sadəcə az bir müddət qaldınız. Kaş bunu biləydiniz. (Muminun surəsi, 112-114)