Az əvvəl qeyd etdiyimiz kimi, zaman qavrayışı iki hadisəni bir-biri ilə müqayisə etməklə ortaya çıxır. Halbuki bu müqayisə beynimizin daxilində verilən bir qərardır və buna görə də nisbidir. Bunun ən bariz nümunəsini yuxularımızda görürük. Yuxuda gördüklərimizin saatlarla davam etdiyini hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə çəkir. Bu mövzu ilə bağlı bir çox nümunə Quran ayələrində də bildirilmişdir. Bəzi ayələrdə insanların zaman qavrayışlarının fərqli olduğuna, insanın əslində çox qısa bir müddəti çox uzunmuş kimi qavraya bildiyinə işarə edilmişdir. Bu mövzudakı ayələrdən biri belədir:
Allah (inkar edənlərə) belə deyəcək: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan (mələklərdən) soruş!” – deyəcəklər. Allah deyəcək: “Sadəcə az bir müddət qaldınız. Kaş bunu biləydiniz. (Muminun surəsi, 112-114)
