Zamana bir anı başqa bir anla müqayisə etmə metodu kimi tərif verilə bilər. Bu mövzuya belə bir misal verə bilərik: Bir cismə vurduğumuzda müəyyən bir səs çıxır. Eyni cismə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxır. İnsan birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünür və bu müddətə “zaman” deyir.
Halbuki ikinci səsi eşitdiyi anda birinci səs artıq onun zehnindəki bir xəyaldan ibarətdir. İnsan yaddaşında olanı yaşamaqda olduğu anla müqayisə edərək zaman qavrayışını əldə edir. Əgər bu müqayisə olmasa, zaman qavrayışı da olmaz.

