Zaman dediyimiz hiss, əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir örnəklə açıqlaya bilərik. Bir cismə vurduğumuzda bundan müəyyən bir səs çıxar. Eyni cismə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. Birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünürük və bu müddətə “zaman” deyirik. Halbuki ikinci səsi eşitdiyimiz an, birinci səs yalnız zehnimizdəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşımızda var olan bir məlumatdır. Yaddaşımızda olanı, yaşamaqda olduğumuz anla müqayisə edərək zaman hissini əldə edirik. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.
Eyni şəkildə, bir otağa qapısından girib sonra da otağın ortasındakı kresloya oturan bir insanı gördükdə, müqayisə edirik. Gördüyümüz insan kresloya oturduğu anda, onun qapını açması, otağın ortasına doğru getməsi ilə əlaqədar görüntülər, yalnız beyində yer alan məlumatdır. Zaman hissi, kresloya oturmaqda olan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxar.
Məşhur fizik Julian Barbour, zamanın tərifini belə verməkdədir:
“Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir kəfgir yellənər, saatın qolları irəliləyər.” (Tim Folger, “Buradan sonsuzluğa”, 2000, səh. 54)
Qısacası, zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə aparılması ilə var olmaqdadır. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısi ilə zaman hissi də meydana gəlməz. Bir insanın “mən otuz yaşımdayam” deməsinin səbəbi, beynində otuz ilə aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, ardında belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir “an” ilə təmasda olacaq.
Eynşteyn, “kosmos və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş”dir. Ümumi Nisbilik nəzəriyyəsinə görə “zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil bir varlığı yoxdur.”
Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır. Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişər. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii bir saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi “rəngi fərqləndirəcək bir göz yoxdursa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca bir an, bir saat ya da bir gün heç bir şey deyil.”
Zamanın nisbiliyi, yuxuda çox açıq bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar sürmüş kimi hiss etsək də, həqiqətdə hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.
Mövzunu bir az daha açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş tək pəncərəli bir otaqda oturub, burada müəyyən bir müddət keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görə biləcəyimiz bir də saat olsun. Eyni zamanda otağının pəncərəsindən günəşin müəyyən aralıqlarla doğulub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra, o otaqda nə qədər qaldığımız soruşduqda verəcəyimiz cavab; həm bəzən saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğulub batdığına bağlı olaraq etdiyimiz hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablarıq. Amma əgər bizi bu otağa qoyan adam bizə gəlib də, “əslində sən bu otaqda iki gün qaldın” desə və pəncərədə gördüyümüz günəşin əslində süni olaraq yaradıldığını, otaqdakı saatın da xüsusilə sürətli işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası qalmaz.
Bu nümunə də göstərməkdədir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız, yalnız qəbul edənə görə dəyişən istinadlara söykənməkdədir.
Zamanın nisbiliyi, elmi üsulla da ortaya qoyulmuş konkret bir həqiqətdir. Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi ortaya qoymaqdadır ki, zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə uzaqlığına görə dəyişməkdədir. Sürət artdıqca zaman qısalmaqda, sıxışmaqda; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşmaqdadır.
Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji qəbul olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli qəbul edilə bildiyi həqiqətini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn bir insanın bütün həyatı, Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:
O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, çox az qaldınız! (İsra surəsi, 52)
… gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı qiyamət günü onlar bir-birilərini tanıyacaqlar… (Yunus surəsi, 45)
Bəzi ayələrdə, insanların zaman hisslərinin fərqli olduğuna, insanın həqiqətdə çox qısa olan bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyinə işarə edilir.
Belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, yaxud bir gündən də az!” deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər bilirsinizsə, siz çox az qaldınız!”. (Muminun surəsi, 112-114)
Başqa bəzi ayələrdə də, zamanın fərqli mühitlərdə fərqli bir axış sürətiylə axdığı bildirilər:
… Rəbbinin qatında bir gün, sizin saydıqlarınızın min ili kimidir. (Həcc surəsi, 47)
Mələklər və Ruh (Cəbrayıl), onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona yüksələr. (Səcdə surəsi, 5)
Bu ayələr, zamanın nisbiliyinin çox açıq bir ifadəsidir. Elm tərəfindən 20-ci əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilmiş olması isə, əlbəttə, Quranın zamanı və məkanı tamamilə bürüyüb əhatə edən Allahın endirdiyinin bir dəlilidir.

