Zalım anlayışı Quranda necə təsvir edilir?

Quranda özünə Allahın ayələri xatırladıldığı halda Allaha ibadət etməkdən üz çevirən insanlar “zalım” adlandırılmışdır:

Allaha qarşı yalan uyduran və ona gələn həqiqəti (Quranı) yalanlayan kimsədən daha zalım kim ola bilər?! İnkar edənlər üçün cəhənnəmdə yermi yoxdur?! (Zumər surəsi, 32)

Bu insanların zalımlıqlarının ən mühüm göstəricilərindən biri, Allahın onlara bəxş etdiyi saysız-hesabsız nemətlərə qarşı nankorluq etmələridir. Allahın böyüklüyü qarşısında nə qədər aciz olduqlarını düşünməmələri də onların zalımlıqlarındandır. Sahib olduqları bu xarakterlə onlar həm özlərini cəhənnəmə sürükləyər, həm də ətrafındakı insanları eyni pis əxlaqı yaşamağa çağırarlar. Onları din əxlaqını yaşamaqdan çəkindirərək həm dünyada, həm də axirətdə böyük bir əzaba düçar olmalarına səbəb olarlar. Buna görə də Allah “Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz”. (Hud surəsi, 113) ayəsi ilə insanları bu cür kəslərə tabe olmamaq barədə xəbərdar etmişdir.