Sümük dilli balıqlar (Scleropages Leich Hardtii) Yeni Qvineyada yaşayırlar. Erkək balıqlar yumurtaları ağızlarında daşıyırlar. Bu vəziyyətdə gözlənilən şey, balığın həzm mayesinin hərəkətə keçməsi və yumurtaların balıq tərəfindən yeyilərək həzm olunmasıdır. Lakin belə olmaz. Erkək balığın ağzında inkişafını tamamlayan balalar yumurtadan çıxarkən suya atılar və yeni həyata başlayarlar. Bu vəziyyət milyonlarla ildir davam edir. İştahası kəsən, həzmi təmin edən və ifrazatı dayandıran belə sistemin necə olduğu hələ məlum deyil. (“Bilim ve Teknik” jurnalı, sayı 307, səh. 461)
Yumurtalarını ağzında daşıyan balıq niyə onları yemir?
