Həyatın əsası olan karbon elementinin varlığı müəyyən ölçüdə olan temperatura bağlıdır. Karbon amin turşusu, nuklein turşusu və zülallar kimi həyatı təşkil edən əsas üzvi molekullar üçün lazımlı maddədir. Ona görə, həyat ancaq karbon əsasında mövcud ola bilər və bunun üçün də mövcud temperatur ən az -20 dərəcə C, ən çox +120 dərəcə C olmalıdır. Yerin temperaturu da məhz bu intervaldadır.
Burada sadalananlar Yerdə həyatın əmələ gəlməsi və davam etməsi üçün lazım olan çox həssas müvazinətlərin bir neçəsidir. Ancaq burada sadalananlar belə kainatın və Yerin təsadüflər nəticəsində, təsadüfi hadisələrin ard-arda gəlməsi ilə əmələ gəlmədiyini qəti sübut etmək üçün kifayətdir. XX əsrdə istifadə edilməyə başlayan incə ölçü, antropik prinsip anlayışları Quranda əsrlər əvvəl bildirilmiş ahəng və ölçü ilə yaradılışı təsdiq edir.

