Yer üzündə neçə quş növü var?

Quşların yer üzündə təxminən on min növü var və bu canlılar möcüzəvi xüsusiyyətlərə malikdir. Onların müxtəlif növlərinə yaşadığımız hər yerdə rast gəlirik və bu bizdə heyranlıq oyadır. Quşlar xarici görünüşləri, qüsursuz uçuş mexanizmləri, yuva qurmaq bacarıqları, fədakar davranışları və s. digər möhtəşəm xüsusiyyətləri ilə yaradılış həqiqətinə dəlil təşkil edirlər.