Yer üzündə həyatın ilk olaraq necə meydana gəldiyi sualının

cavabı fosil qeydlərinə baxılaraq tapıla bilərmi?

Canlıların necə meydana gəldiyi sualının cavabını fosil qeydlərinə baxaraq asanlıqla verə bilərik. Mürəkkəb quruluşlu canlılara aid fosillərə ilk dəfə təxminən 520–530 milyon il əvvələ aid olan Kembri dövrünün süxurlarında rast gəlinir.

Kembri süxurlarında tapılmış fosillərdə ilbizlərə, trilobitlərə, süngərlərə, soxulcanlara, meduzalara, üzən xərçəngkimilərə və dəniz zanbaqlarına rast gəlinir. Bu onurğasız canlıların hamısı bir anda və təkamül nəzəriyyəsinin iddia etdiyinin əksinə olaraq, ortaq bir əcdadları olmadan meydana çıxmışdır. Canlıların bu şəkildə, sanki möcüzəvi şəkildə bir anda ortaya çıxması təkamülçü elm adamları tərəfindən “Kembri partlayışı” adlandırılır.

Bu qədər çox müxtəlif canlı növünün necə olub da birdən-birə ortaya çıxması sualı təkamülçülərin heç bir şəkildə cavablandıra bilmədikləri sualdır. Hətta təkamülün dünyada ən tanınmış müdafiəçilərindən biri olan ingilis ateist bioloq Riçard Dokinz (Richard Dawkins) bu barədə belə demişdir:

“… Kembri təbəqələri əsas onurğasız qruplarını tapdığımız ən qədim təbəqələrdir. Onlar ilk dəfə meydana çıxdıqları halda artıq kifayət qədər inkişaf etmiş vəziyyətdədirlər. Sanki heç bir təkamül tarixi olmadan elə orada meydana gəlmiş kimidirlər. Təbii ki, bu ani meydana çıxma yaradılış tərəfdarlarını olduqca məmnun edir.” (Richard Dawkins, The Blind Watchmaker, London: W.W. Norton, 1986, s. 229)

Kembri partlayışı, bir təkamülçü olan Dokinzin də etiraf etdiyi kimi, canlıların yer üzündə bir anda və xüsusi yaradılışla var olduqlarının dəlillərindən biridir.