Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Heç bir insan arasında düşmənçilik qalmayacaq. Həmçinin bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr mütləq bitəcək. (Sahih-i Müslim, 1/136)
Döyüş (ərbabı) da ağırlıqlarını (silah və vəsaitlərini) yerə qoyacaq. (Sünen-i İbn-i Mace, 10/334)
Döyüş (ərbabı) ağırlıqlarını (yəni silah və sairəni) yerə qoyar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)
Düşmənçilik, küsüşmə və qısqanclıq ortadan qalxacaq. (Ebu Hureyre r.a, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 379)
İslamdan başqa (heç bir dini) qəbul etməyəcək… Din müttəhid (birləşmiş) olacaq… Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcək… Zəkat qəbul edəcək heç kim olmayacağından zəkat və sədəqəni tərk edəcək… Zamanında xəzinələr və dəfinələr meydana çıxacaq. Qiyamətin yaxınlaşdığını bildiyi üçün, çox mal qazanmağa rəğbət etməyəcək… İnsanlar arasında səbəbləri ortadan qalxdığı üçün kin və düşmənçiliyə yer verməyəcək…
Zəhərli həşərat və heyvanlardan zəhəri aradan qaldıracaq, uşaqlar ilan və əqrəblərlə oynayacaq… Onların uşaqlara zərəri toxunmayacaq. Qurd qoyunla otlayacaq da qoyuna zərəri toxunmayacaq… Yer üzü sülh və salamatlıqla dolacaq, mübarizə və döyüşlər, müharibə və hücumlar aradan qalxacaq… yer üzü nəbatatını eynilə Adəm (ə.s) zamanında olduğu kimi bitirəcək. Bir salxım üzümlə bir güruh (dəstə) insan doyacaq. Atlar sərbəst buraxılacaq, öküzlərə ehtiyac görüləməyəcək… Çünki yer üzü öz-özünə əkiləcək… (Kıyamet Alametleri, səh. 242-243)
İsa (ə.s) ümmətim içində, ədalətli bir hakim, tam ədalətli bir imam (hökmdar) kimi mövcud olar. (Xristianların) xaçını sındırar (xristianlıqdakı hz. İsanın öldürüldüyünə dair inancı dəyişdirər), donuzu öldürər (donuzun zərərli bir yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edər), cizyə vergisini ləğv edər, sədəqəni tərk edər də, nə qoyuna, nə də dəvəyə qarşı etibar edilməz. Bütün düşmənçiliklər, nifrətlənmələr zail olar, yox olar… Yer üzü gümüş qab kimi olar və həzrəti Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər… (Ölüm-Kıyamet-Ahiret, səh. 496)
Sonra İsa, ümmətimin içində ədalətlə hökm edəcək; xaçı sındıracaq (xristianlıqdakı hz. İsanın öldürüldüyünə dair inancı dəyişdirəcək), donuzu öldürəcək (donuzun zərərli yemək olduğu mövzusunda insanları xəbərdar edərək insanlardakı donuza olan marağı yox edəcək), cizyəni ləğv edəcək, zəkatı tərk edəcək. Nə qoyuna, nə də dəvəyə zəkat məmuru göndərilməyəcək. İnsanlar arasındakı düşmənçiliklər və kin yox olacaq. Əqrəb və ilanların zəhərləri olmayacaq, hətta bir uşaq əliylə ilanla oynayacaq, lakin ilan onu sancmayacaq. Qız uşağı şiri qaçmağa məcbur edəcək, lakin aslan ona dəyməyəcək. Qurd, qoyunlar arasında sanki bir çoban iti imiş kimi gəzəcək. Qabın su ilə dolduğu kimi, yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə sitayiş edilməyəcək. Müharibə, döyüş adlı heç nə qalmayacaq. Qureyş qəbiləsindən hökmdarlığı alınacaq. Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan tək narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at satın alınacaq”. Deyildi ki; “Ey Allahın Rəsulu! Niyə at bu qədər ucuz olacaq?” “Müharibə olmayacağı üçün ona lüzum qalmayacaq”. “Niyə öküz bu qədər bahalı olacaq?” “Yer üzünün hər yeri əkiləcəyi üçün o, çox lazım olacaq. (İbn Macə bənzərini Əbu Ümamədən nəql etdi, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 370-371-372)
Sonra qırx il ömür sürəcək. Onun zamanında heç kim ölməyəcək. İnsan, qoyun və heyvanlarına (haydi gedin, otlayın) deyəcək; onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaqlar. İlan və əqrəblər heç kimə əziyyət verməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq, lakin heç kimə zərərləri toxunmayacaq. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)
Hz. İsa (ə.s) zamanında Dəccal həlak olacaq. Yer üzünə güvən gələcək. Belə ki, şirlər dəvələrlə, pələnglər inəklərlə, qurdlar qoyunlarla birlikdə yayılacaq. Uşaqlar ilanlarla oynayacaq və ilanlar uşaqlara zərər verməyəcək. (Risaletül Meşreb elverdi fi mezhebil Mehdi)

