Bir insan əlini oda uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. “Görəsən həqiqətən yanarmı?” kimi bir düşüncəyə qapılmaz. Bu adam atəşin əlini yandıracağına qəti olaraq inanır deməkdir. Quran ayələrində isə “qəti olaraq iman” dan bu şəkildə bəhs edilir:
Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)
Qəti olaraq iman, yuxarıda od nümunəsində olduğu kimi qəti bir əminliklə, heç bir şübhə duymadan, o an ətrafında gördüyü, danışdığı şeylər qədər həqiqət olduğuna əmin olaraq Allahın varlığına, təkliyinə, qiyamət gününə, cənnətin və cəhənnəmin varlığına iman etmək deməkdir. Qəti məlumata əsaslanan bir iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı edəcək şəkildə keçirəcək bir vicdana yönəldir.

