Allah sonsuz qüdrət sahibidir və hər bir varlığın Yaradıcısıdır. Şübhəsiz ki, hər şeyi yoxdan var edən, insanı bir damla sudan yaradan Allah, onları bənzər şəkildə yenidən yaratmağa da qadirdir. Allah insanların bu sualını Quranda belə cavablandırmışdır:
Bu, onların cəzasıdır. Çünki onlar ayələrimizi inkar etmiş və: “Sür-sümük olub çürüdükdən sonra həqiqətən, yenidən dirildiləcəyikmi?” – demişdilər. Bilmirlərmi ki, göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa da qadirdir?! Allah onlar üçün bir əcəl təqdir etdi. Bunda heç bir şübhə yoxdur. Ancaq zalımlar inkarçılıqdan başqasını qəbul etmədilər. (İsra surəsi, 98-99)

