Siqaret, dünyada tək başına ən əhəmiyyətli ölüm səbəblərindən biri olaraq önə çıxır. Yalnız bir ədəd siqaretin tərkibində 4 mindən çox kimyəvi maddə vardır. Araşdırmaçılar, son illərdə alternativ olaraq təqdim edilən elektronik siqaretlərin də ağciyər, beyin, ürək və bağırsaqlara zərər verdiyini deyir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatına görə, ildə 19 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyon insan buna görə həyatını itirir.
Xərçəngdə bu tempin davam etməsi halında, 2040-cı ildə 29,5 milyon yeni xəstənin ortaya çıxacağını mütəxəssislər hesablayır. Xərçəng qaynaqlı ölümlərdə siyahının başında ağciyər xərçəngi yer alır. Yalnız Türkiyədə ildə 35 min adama ağciyər xərçəngi diaqnozu qoyulur.
Ağciyər xərçənglərinin isə təxminən 90 faizi tütün və tütün məhsullarının istifadəsi nəticəsində meydana gəlir.
Quranda ərəbcə “hamr” olaraq yazılan və bizim dildə “huşlandıran” mənasına gələn hər şey haram olaraq qeyd edilir. Buna spirtli içkilərlə birlikdə, siqaret, qəlyan və narkotika da daxildir. Məzhəblərdə sadəcə içki olaraq tərcümə edilsə də, əslində doğru tərcümədə hamısına aid edilir. Hər çəkilən siqaret (elektronik daxil) spirtli içmək qədər günah yazılır. Narkotikanın hər növü də buna daxildir. İstər iynə ilə vurulan, istər ağızdan alınan və ya burunla çəkilən növlərin hamısı.
Ey iman gətirənlər! Həqiqətən, huşlandıran (maddələr), qumar, bütlər və falçılıq şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız! (Maidə surəsi, 90) Tibb elmləri doktoru, Türkiyə Ağciyər Xəstəlikləri Dərnəyi Mərkəzi İdarə heyətinin üzvü dosent Dr. Berna Kömürcüoğlu, ağciyər xərçəngi ilə siqaret arasında birbaşa əlaqə olduğunu deyir:
“Ağciyər xərçənginin 90 faizi siqaretlə əlaqəli olaraq ortaya çıxır. Gündə 1 paket və daha çox siqaret çəkən insanlarda bu nisbət daha çoxdur. Ağciyər xərçəngində genetik quruluşu, ekoloji faktorlar və ailəsində xərçəng olan insanlarda risk daha çox olur.”
Siqaretin saysız zərərlərinə qarşı, elektronik siqaretlər alternativ olaraq göstərilir. Ancaq aparılan araşdırmalar elektronik siqaretlərin də ən az normal siqaretlər qədər zərərli olduğunu ortaya qoyur.
ABŞ-da aparılan bir araşdırmada, elektronik siqaretlərin demək olar bütün orqanlarda iltihablaşmağı artırdığı görüldü. Eləcə də, beyindən bağırsağa qədər bir çox orqana mənfi təsir etdiyi elmi olaraq sübut edilir.
Dos. dr. Berna Kömürcüoğlu, elektronik siqaretin asılılığı davam etdirdiyini deyir:
“Elektronik siqaretlər əslində siqaret sənayesi tərəfindən siqaretin yerinə qoyulmuş və asılılığın davam etməsi məqsədli məhsullardır. Bunların içində tütün çəkməyən ancaq ehtiva etdiyi daha fərqli məhsulları, qoxulu, yağlı maddələri yenə istilədərək tüstü çıxmasına səbəb olan məhsuldur. Ağciyər xərçəngini artırdığına dair əlimizdə dəqiq məlumat yoxdur amma ağciyərdə ciddi xroniki xəstəliklərə səbəb ola bilir. Elektronik siqaret, əl və dodaq vərdişini, psixoloji vərdişi davam etdirir. Bu səbəblə qəti olaraq buna qarşıyıq.”
Siqaret tüstüsünə passiv olaraq məruz qalınması da ağciyər xərçəngi riskini artırır. Səhiyyə Nazirliyinin məlumatına görə, passiv olaraq siqaret tüstüsünə məruz qalan insanlarda ağciyər xərçəngi riski 20-30 faiz artır.
Dos. dr. Berna Kömürcüoğlu, passiv istifadəçilərdə 20 ilə 30 faiz arasında siqaretlə əlaqəli ağciyər xərçəngi və digər xərçəng növlərinin ola bildiyini söyləyir:
“Siqaretin içində 4 mindən çox kimyəvi maddə var. Siqaret yandığı zaman ucundan çıxan yanma məhsulları 70-dən çox xərçəng xəstəliyi yaranmasına səbəb olur. Siqareti buraxdıqdan on il sonra ağciyər funksiyaları yavaş-yavaş düzəlməyə başlayır və siqareti tərgitdikdən 10-20 il ərzində xroniki təsirlərin azaldığını deyə bilərik. Amma keçmişdə, xüsusilə 10-15 il mütəmadi siqaret istifadə edibsə, tərgitdikdən 20 il sonra belə ağciyər xərçəngi yarana bilir. Çünki siqaret DNT-ni pozur və bunlar zamanla digər faktorlara da bağlı olaraq xərçəngə dönə bilir. Gənc ikən heç siqaretə başlamamaq lazımdır.”

