Yeni Qvineyada yaşayan və mavi rəngin çox gözəl tonları ilə bəzədilmiş bu canlı 25-31 mm-ə qədər böyüyə bilir

Elm hələ çox şey öyrənəcək

Elm dünyasındakı yeni məlumatlar bütün dünyada çox müxtəlif quruluşa malik canlıların yaşadığı faktını yenidən gündəmə gətirdi. Texnologiya inkişaf etdikcə yaxın gələcəkdə hələ bir çox kəşfin ediləcəyi gözlənilir. Necə ki amerikalı alim Mişel Soqin də etdikləri mühüm kəşfdən sonra belə demişdir: “Bu araşdırma, həqiqətən, məlumat azlığını və hələ çox şey öyrənməli olduğumuzu göstərir.”

Elm bir daha açıq şəkildə göstərdi ki, dünyanın hər yeri həddindən artıq müxtəlifliklə əhatələnib. Minlərlə metr dərinlikdəki okeanlardan hündür dağlara, qızmar çöllərdən soyuq qütb bölgələrinə qədər hər yerdə minlərlə canlı növü yaşayır. Adi gözlə görülməyən mikroskopik canlılardan metrlərlə uzunluqdakı nəhəng ağaclara, təkhüceyrəli orqanizmlərdən dəniz canlılarına, quşlardan, sincablardan rəngarəng çiçəklərə qədər bütün canlılar Allahın sonsuz elminin və bənzərsiz sənətinin nümunəsidir.

Allah bir Quran ayəsində belə bildirmişdir:

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi 3-4)

blank