Yeni il bayramı

2023-Ün son gününü yaşayarkən, dünyanın, ən çox da islam ölkələrinin sülhə, sevgiyə və hüzura

2023-ün son gününü yaşayarkən, dünyanın, ən çox da islam ölkələrinin sülhə, sevgiyə və hüzura möhtac olduğunu görürük. Halbuki İslam sözünün mənşəyi “slim” yəni “sülh” sözündən gəlməkdədir.

Sülh anlayışının içində sevgi, tolerantlıq, anlayış, şəfqət, mərhəmət və ola bildiyi qədər azadlıq vardır. İbadət, həyat, davranış, fikir və ifadə azadlığı vardır. İslam dini də tamamilə bu azadlıqları müdafiə edər. Bu sevgi dinini dəyişdirib yerinə fanatik, radikal, islama uyğun gəlməyən, tamamən ayrı batil, müşrik bir din yaradaraq, dünyada mərhəmətsizliyi və vəhşiliyi məskən etməyə çalışmaq, zorakılıq və təzyiq ilə insanlara həyatı zindan etmək əsla qəbul edilə bilməz. İnsanların azad şəkildə yaşamalarına icazə vermək, nifrəti ortadan qaldırıb sevgini yer üzünə məskən etmək bütün müsəlmanların əsl vəzifəsidir.

İnşaAllah, 2024-cü ildə dünyamız, bütün müsəlmanların və fərqli din mənsublarının birlikdə gözəl şəkildə yaşamaları, bir-birləri ilə xeyirlərdə yarışmaları ilə, xeyirli işlərdə ittifaq etmələri ilə və sevgidə hər kəsin bir-birinə nümunə olması ilə daha da gözəlləşəcəkdir.

Rəbbimiz bütün müsəlmanlara rifah, birlik və hüzurlu yaşayacaqları bir il keçirməyi nəsib etsin. Sevgi olmayan yerdə bayram sevinci olmaz. Əvvəlcə sevgi olmalıdır ki, bayramın sevinci, coşğusu olsun.

Allah yeni ili bütün İslam aləmi, bütün dünya üçün xeyirli etsin. Allah İslam aləminin üzərindəki bəlaları, uğursuzluqları, döyüşləri aradan qaldırsın. Bizi İsa Məsih və Mehdiyə tələbə etsin.

Yeni ili keçirmənin İslama görə heç bir zərəri yoxdur. Yeni ili də qeyd etmək olar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyd etmək olar, Hz. İsanın ad gününü də qeyd etmək olar. Bir Peyğəmbərin ad gününü qeyd etməyin nə pis tərəfi ola bilər ki? Səhv olan spirtli içkilərdən istifadə edilməsidir. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun, hər kəs sevinsin, hər kəs pozitiv olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni il qeyd etməsinə qarşı olmaq cihad deyil. Saatlarla yeni ili qeyd etməyə qarşı çıxacaqlarına bir cümlə İslam Birliyini izah etsinlər.