2022-nin son günlərini yaşayarkən, dünyanın, ən çox da islam ölkələrinin sülhə, sevgiyə və hüzura möhtac olduğunu görürük. Halbuki İslam sözünün mənşəyi “slim” yəni “sülh” sözündən gəlməkdədir.
Sülh anlayışının içində sevgi, tolerantlıq, anlayış, şəfqət, mərhəmət və ola bildiyi qədər azadlıq vardır. İbadət, həyat, davranış, fikir və ifadə azadlığı vardır. İslam dini də tamamilə bu azadlıqları müdafiə edər. Bu sevgi dinini dəyişdirib yerinə fanatik, radikal, islama uyğun gəlməyən, tamamən ayrı batil, müşrik bir din yaradaraq, dünyada mərhəmətsizliyi və vəhşiliyi məskən etməyə çalışmaq, zorakılıq və təzyiq ilə insanlara həyatı zindan etmək əsla qəbul edilə bilməz. İnsanların azad şəkildə yaşamalarına icazə vermək, nifrəti ortadan qaldırıb sevgini yer üzünə məskən etmək bütün müsəlmanların əsl vəzifəsidir.
Ancaq bunu da unutmamaq lazımdır ki, bütün dünyada yaşanan bu müharibə, zülm və fitnə mühiti eyni zamanda Hz. İsanın və Hz. Mehdinin zühur əlamətlərindəndir. Peyğəmbərimizdən rəvayət edilən bütün əlamətlərin, yaşadığımız hicri 1400-dən bəri (miladi 1979) ard-arda reallaşması, bu mübarək şəxslərin zühur dövründə olduğumuzu göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir.
İnşaAllah, 2023-cü ildə dünyamız, bütün müsəlmanların və fərqli din mənsublarının birlikdə gözəl şəkildə yaşamaları, bir-birləri ilə xeyirlərdə yarışmaları ilə, xeyirli işlərdə ittifaq etmələri ilə və sevgidə hər kəsin bir-birinə nümunə olması ilə daha da gözəlləşəcəkdir.
Rəbbimiz bütün müsəlmanlara rifah, birlik və hüzurlu yaşayacaqları bir il keçirməyi nəsib etsin.
Yeni ili keçirmənin İslama görə heç bir zərəri yoxdur. Yeni ili də qeyd etmək olar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyd etmək olar, Hz. İsanın ad gününü də qeyd etmək olar. Bir Peyğəmbərin ad gününü qeyd etməyin nə pis tərəfi ola bilər ki? Səhv olan spirtli içkilərdən istifadə edilməsidir. Bundan başqa qeyd etmək üçün hər gün bir bəhanə olması gözəllikdir. Hər gün bayram olsun, hər kəs sevinsin, hər kəs pozitiv olsun. Həyata rəng qatan hər şey nemətdir. Yeni il qeyd etməsinə qarşı olmaq cihad deyil. Saatlarla yeni ili qeyd etməyə qarşı çıxacaqlarına bir cümlə İslam Birliyini izah etsinlər.

