Yeni Çağ batil dinlərin qərb cəmiyyətində bu qədər böyük maraq görməsinin ardında yatan səbəblərdən biri Uzaq Şərq dinlərinin materialist, ateist və bütpərəst quruluşudur. Qərb cəmiyyətinin xristian-yəhudi mədəniyyətindən uzaqlaşan materialist ünsürləri, Uzaq Şərq mənşəli hər cür inancı təsdiqləyir, dəstəkləyir, hətta təbliğatını edir.
Materialist qərb mədəniyyətində kainatın bir təsadüf əsəri olduğuna inanılar və canlılığın necə var olduğu sualına Darvinin təkamül nəzəriyyəsi ilə cavab verilər. Bu düşüncə, insan ruhunun varlığını rədd edər və insanın inkişaf etmiş bir heyvan növü olduğunu iddia edər. Ölümdən sonra həyatı, axirət həyatının varlığını, cənnət və cəhənnəmin varlığını qəbul etməz.
Məhz hər biri böyük səhv olan bu iddialar Uzaq Şərq dinlərinin inancları ilə böyük uyğunluq içindədir. Buddizm, Hinduizm başda olmaq üzrə Uzaq Şərq dinlərinin çox böyük hissəsi Allahın varlığını inkar edən, canlılılığın mənşəyinin təbiətin özü olduğunu qəbul edən, axirət, cənnət və cəhənnəm həyatının varlığını rədd edən inanclardır. Məhz buna görə də, materialist Qərb mədəniyyətinin müdafiəçilərindən çox vaxt böyük dəstək görmüşlər.
Təkamül nəzəriyyəsinin qabaqcılları da XIX əsrdən bu yana Uzaq Şərq fəlsəfələrini hər zaman dəstəkləmişlər. Bu şəxslərin əvvəlcə Darvinin ən böyük dəstəkçisi olaraq qəbul edilən Tomas H. Huxley gəlir. Yaradılışı müdafiə edən din və ya elm adamlarıyla etdiyi mübahisələr, darvinizmi müdafiə edən nitqləri, Huxleyi XIX əsrin ən məşhur darvinisti olaraq tarixə keçirmişdir. Huxleyin Uzaq Şərq dinlərinə, xüsusilə də Buddizm ilə olan əlaqəsi isə o qədər yaxşı bilinmir.
Huxley Buddizmin pərəstişkarıdır və bunun tək səbəbi Buddizmin, eynilə Huxley və digər darvinistlər kimi Allah inancına sahib olmamasıdır.
Eyni səbəblə Buddizmə yaxşı gözlə baxan bir başqa ateist isə, Friedrich Nietzsche idi. Xristianlığa qarşı qatı nifrət bəsləyən, buna qarşı bütpərəst mədəniyyətini və bütpərəst əxlaqını müdafiə edən Nitsşe, müdafiə etdiyi fikirlərlə XX əsr faşizminin və xüsusilə də Nasizmin fikir lideri oldu.
İlahi dinlərə olan bu nifrəti, şübhəsiz yalnız bu dinlərin əxlaqi prinsiplərindən deyil, bundan da əhəmiyyətlisi, Nietzschenin fanatik ateizmindən də qaynaqlanırdı. Ancaq Nitsşenin nifrəti yalnız ilahi dinlərə qarşı idi, bütpərəst dinlərə deyil. Əksinə, bütpərəstliyi tərifləyir və ucaldırdı. Xüsusilə də Buddizmi… “Eighteenth-Century Studies” redaktoru yazıçı Jason DeBoerin ifadəsiylə “maraqlıdır ki, tarixdəki ən militan ateistlərdən biri olmasına qarşı, Nietzsche tamamilə din əleyhdarı deyildi… Digər bəzi dinlərin bir çox xüsusiyyətinə hörmət və heyranlıq duymuşdu; bunlar bütpərəstlik və hətta Buddizmdi.”
Nitşenin Buddizm ilə bağlı fikirlər şübhəsiz böyük səhvdir. Bu səhvlərin yaranma səbəbi isə, insanın qürurundan və cəhalətindən başqa bir şey deyil. Kainatı və təbiəti ağıl və vicdan gözü ilə araşdıran insan Allahın varlığının açıq-aşkar dəlillərini görəcək. Eyni həqiqət dövrümüzdəki elmi tapıntılar tərəfindən də ortaya qoyulur. Nitşe kimi ateistlərin ortaya atdığı fikir Biq Banq və Antropik Prinsip (Anthropic Principle) kimi elmi tapıntılarla yıxılmış, elm Allahın kainatı yaratdığına və fövqəladə bir tarazlıqla təşkil etdiyinə dair açıq dəlillər ortaya qoymuşdur.
Ateist və materialist qərb mədəniyyətinin memarları, nəzəriyyələrinin çökdüyünü görür, buna qarşılıq İlahi dinlərə yönəlmənin artan surətinin qarşısını almaq üçün, həlli bütpərəst inancların qızışdırılmasında görürlər. Məhz bu məqsədlə yaradılan Yeni Çağ axını da materializmə saxta “mənəviyyat”dır.
Məhz bütpərəst inanc olan Yeni Çağ dinsizliyin “mənəvi böhranı” içində tərəddüd edən insanlara saxta qurtuluş və çıxış yolu təqdim etmək üçün alovlandırılır. Bütün bunlar ateist və materialist doqmadan qopmaq istəməyən, buna baxmayaraq özlərinə bir növ “mənəviyyat” axtaran insanların qapıldıqları boş və batil təlimlərdir. Bu təlimlərin boş olduğunu anlamaq üçünsə yalnız bir az düşünmək, onları ağıl və məntiq süzgəcindən keçirmək kifayətdir.
Bu böyük təhlükə qarşısında iman sahiblərinin də yerinə yetirmələri çox əhəmiyyətli bir məsuliyyəti vardır: Allahın mütləq varlığının və din əxlaqının təbliğ edilməsi. Yeni Çağ ideoloqlarının etdikləri təbliğatın önünü kəsmək üçün əvvəlcə bütün insanlara Allahın sonsuz güc və qüdrətinin izah edilməli, insanların iman etməyə dəvət edilməlidir. Əgər İslam əxlaqı insanlara əksiksiz izah edilər, bütün həyatını Rəbbimizin bildirdiyi şəkildə yaşayan bir insanın sahib olacağı bənzərsiz nemətlər ortaya qoyulsa, insanların saxta mənəviyyata ehtiyacı olmayacaq.
Yeni Çağ tamamilə dünya həyatını və insanı təməl alan bir axındır. Allah inancını rədd edərkən insanı guya ilahlaşdırar (Allahı tənzih edirik) və müqəddəs xüsusiyyətlərə sahib bir varlıq olaraq qəbul edər. Necə ki, bu axının məşhur müdafiəçilərindən qəbul edilən bir zamanlar məşhur müğənni və aktrisalarından Shirley MacLainə bir yazısında: “Kimsəyə, ya da heç bir şeyə deyil, yalnız özünüzə tapına bilərsiniz, çünki ilah sizsiniz” deyərkən, (Allahı tənzih edirik) Yeni Çağ dininin azğın inanclarını da ortaya qoyur.
İlkin hədəfi insanları Allah inancından uzaqlaşdırmaq və ateist cəmiyyət meydana gətirmək olan Yeni Çağ ideoloqlarına görə insan özünün rəhbəri və mühakimidir. Bu azğın inanca görə meditasiya, yoqa, reiki, ruhlarla əlaqə qurma, kristal kimi daşların köməyi ilə guya mükəmməlliyə çatacaq. Hətta eyni inanc bu kəsləri daha çox azğın bir nöqtəyə qədər aparıb çıxarır. Bu səhv guya ilah mövqeyinə sahib olan insan üçün “doğru-səhv”, “günah–savab” deyə anlayışların olmamağıdır. Yəni Yeni Çağ inancına görə insanın etdiyi hər şey doğrudur.
Bu səhv məntiqə görə dünya üzərindəki bütün cinayətlərin, işgəncələrin, soyğunların, qarətlərin, zülmlərin, ədalətsizliklərin də “mühakimə oluna bilməz” sayılması lazımdır. Halbuki bu iddianı ortaya atanlar səhv fikirdədirlər. Çünki insan başıboş və məsuliyyətsiz deyil. Onu yaradan, hər anını müşahidə edən, bütün düşüncələrini bilən və öldükdən sonra onu sorğulayaraq etdiyi hər şeyin qarşılığını verəcək olan bir Yaradıcımız vardır. Və Yaradıcımız olan Allah insanı heyvanlardan fərqli olaraq bir ruh, ağıl, iradə, mühakimə qabiliyyəti ilə yaratmışdır.
Yəni bir insan içində hər cür hərəkətə qarşı bir istək və ya meyl olsa belə sahib olduğu bu xüsusiyyətlərlə onu maneə törətmə gücünə sahib olaraq yaradılmışdır. Məsələn bir hadisə qarşısında şiddətlə qəzəblənən, iradəsi zəif bir insan özünü və qarşısındakı insanı heyvan kimi görsə, ona heç düşünmədən zərər verə bilər, mərhəmətsiz davrana bilər. Qarşısındakının kiçik bir uşaq, müdafiəsiz bir insan olması heç fərq etməz. Ancaq, Allahın ona verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan hər cür vəziyyətdə qəzəbinə hakim olar. Mühakiməsi, vicdanı hər an açıq olar. Allaha hesabını verə bilməyəcəyi ən kiçik bir hərəkət etməmək üçün səy göstərər.
Bunun əksini edənlər isə günah edirlər. Səhv və günah olanı seçmələrinin səbəbi, Allaha iman etməmələri, etdiklərinə görə Allaha hesab verməyəcəklərini zənn etmələri və buna görə də, çəkinməmələridir. Çünki Allah bir ayəsində insanlara həm pisliyin həm də pislikdən çəkinmənin ilham edildiyini bildirər (Şəms surəsi, 7-10). Bu səbəbdən insan doğru və səhvi bilir, vicdanının səsini dinləmədiyi üçün səhv olanı seçir. Hər insan Allahın ona bəxş etdiyi ruhu daşıyar və onu yoxdan var edən Yaradıcımıza qarşı məsuldur. Ayədə bu şəkildə bildirilər:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)
Allah, Quranda onu başıboş zənn edənlərə yaradılışını belə xatırladar:
Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. (Qiyamət surəsi, 36-39)
Yeni Çağın təməlini meydana gətirən və insanı bütün kainatın təməlinə qoyan bu anormal inanc, darvinistlərin də təməl arqumentlərindən birini meydana gətirir. Darvinin ən qabaqcıl müdafiəçilərindən biri olan Julian Huxleyin qurduğu “təkamüllü humanizm” bənzər bir anlayışa sahib idi. Bu dinin məqsədi “yer üzündəki təkamüllü prosesin maksimum nəticəyə çatmasını təmin etmək” olacaqdı.
Bu, yalnız güclü orqanizmlərin daha çox yaşamasına və daha çox törəmələrinə çalışmaqla məhdud deyildi. Həmçinin, insanoğlunun “özündən qaynaqlanan qabiliyyətləri”nin “ən üst səviyyədə reallaşdırılması” nəzərdə tutulurdu. Bir başqa ifadə ilə, insanoğlunun gün ərzində fiziki və zehni mərhələdən “daha irəli mərhələlərə” sıçraması üçün səy göstəriləcəkdi. “Humanizm” termininin tam tərifi isə, Huxley tərəfindən belə edilirdi:
“Mən “humanist” sözünü istifadə edərkən, insanın, eyni bir bitki, ya da heyvan kimi təbii varlıq olduğunu nəzərdə tuturam. Yəni insanın bədəni, zehni və ruhu fövqəltəbii bir güc tərəfindən yaradılmamış, əksinə təkamül prosesi sonunda meydana gəlmişdir. Bu səbəbdən insan, hər hansı bir fövqəltəbii gücün idarəsi, ya da yol göstəriciliyinə deyil, yalnız öz varlığına və öz gücünə inanmalıdır.”
Halbuki Julian Huxleyin qurduğu bu süni axın heç bir təmələ söykənməyən, çox böyük səhvdir Çünki dünyadakı qüsursuz dizaynın tək sahibi aləmlərin Rəbbi olan Allahdır. Darvinistlərin öz ağıllarına görə müqəddəsləşdirdikləri insan da Allahın yoxdan var etdiyi, ONA möhtac, aciz bir varlıqdır. Necə ki, Quranda, yer üzündəki həyatın Allahın bir möcüzəsi olduğu xəbər verilir:
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq. Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk. Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. (Hicr surəsi, 19-23)
Əslində hər təkamülçü tərəfindən şüurlu, ya da şüursuz olaraq mənimsənən bu fikirlər, “təkamül dini”nin təməl inanışlarını ortaya qoyur. Əvvəl xəyali bir təkamül prosesi hazırlanır və bu prosesin hər şeyi var edən “yaradıcı” olduğu fərz edilir, sonra bu prosesin insanı qurtuluşa aparacağı düşünülür və ən sonunda insanoğlunun “müqəddəs” məqsədinin də bu prosesdə xidmət etmək olduğuna inanılır. Qısacası, təkamül, həm yaradıcı, həm qurtarıcı, həm də müqəddəs bir məqsəd olaraq qəbul edilir. Bir başqa ifadə ilə özünə tapınılan bir ilahdır. (Allahı tənzih edirik).
Halbuki darvinistlərin iddiasının böyük aldatma olduğu XX əsrdə elm dünyasında yaşanan tərəqqi bərkidi. Son illərdə mikrobiologiya, biokimya, anatomiya kimi elm sahələrində yazılan kəşflər və əldə edilən məlumatlar təkamülçülərin nəzəriyyələrinin etibarsızlığını göstərərkən, canlılığın şüurlu bir dizaynın əsəri olduğu həqiqətini ortaya qoydu. Elmi irəliləmə ilə insanın təkamülünün sürətlənəcəyi, ya da ilahi dinlərə gərək qalmayacağı kimi iddianın böyük aldatma olduğu ortaya çıxdı. Çünki elm yaradılışı təsdiq edər və insanların Allahın varlığının açıq dəlillərini görmələrinə vəsilə olar.

