Yeni il bayramını keçirmək olar?

Xurafatçılar milad bayramını (yeni ili) böyük fəlakət kimi göstərirlər

Xurafatçılar milad bayramını (yeni ili) böyük fəlakət kimi göstərirlər. Hz. Məhəmmədin (s.ə.v) mövludunun ildönümünü keçirirlər, Hz. İsanın (ə.s) mövlud günündə niyə qorxurlar? O, həm də İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir.

Müsəlmanlar kitab əhli ilə evlənə bilər, onların yeməkləri müsəlmanlara, müsəlmanların yeməyi onlara halaldır. Bu ayə çox müxtəlif və əhəmiyyətli detallarla kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir. Maidə surəsi 5-ci ayənin hökmünə əsasən, bir müsəlman kişiyə kitab əhlinin qadınları ilə evlənmək icazəsi verilmişdir. Buradakı icazə çox əhəmiyyətlidir, çünki “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər…” (Nur surəsi, 26) əmrinə əsasən, müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməlidirlər. Bu hökmlə əhəmiyyətli dərəcədə musəvi və xristianların təmiz və yaxşı insanlar olduqlarına işarə edilir.

Bundan başqa, ayədə müsəlmanlar üçün əhəmiyyətli icazə qeyd olunur: Kitab əhlinin yeməyindən yemək. Bu, çox əhəmiyyətli mövzudur. Çünki məlum olduğu kimi, müsəlmanlar yemək barədə müəyyən haramlara diqqət etməlidirlər. Donuz əti müsəlmanlara haramdır. Musəvi və xristianların yeməklərinin müsəlmanlara halal edilməsi onların etibarlı olduqlarını göstərir. Eyni ölçü kitab əhli üçün də əsaslıdır və ayənin hökmünə görə, müsəlmanların yeməkləri də onlara halal edilmişdir.

Burada eyni zamanda başqa bir dostluq ifadəsinə də diqqət çəkmək lazımdır. Kitab əhli və müsəlmanlar eyni süfrədə oturur, bir-birilərinin evinə qonaq gedirlər. Burada dostluq əlaqəsinin təsviri verilir. Belə ki, kin-küdurətə və öldürməyə əsaslanan nifrət mühiti deyil, dostluq və qardaşlıq mühiti təsvir olunur.

Bu ayədə verilən hökmlər bir xurafatçının əsla yanaşmadığı və qəti qəbul etmədiyi hökmlərdir. Quranın verdiyi bu haqlar xurafatçılara görə həm haram, həm də dəhşətli əməldir. Xurafatçılar kitab əhlindən bir qadınla evlənməyi və ya onların süfrəsində oturmağı, onların bayramını keçirməyi nifrətlə rədd edər. Məlum məsələdir ki, xurafatçıların hökmləri Qurana əsaslanmır, çünki Quranın hökmlərini qəbul etmirlər.