Yeni il bayramını sanki böyük fəlakət kimi göstərirlər. Peyğəmbərimiz hz. Məhəmmədin doğum gününü qeyd edirlər. Hz. İsanın doğum günündə niyə bu qədər dəhşətə düşürlər? O da İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir.
İslama görə yeni ili qeyd etməkdə və şam ağacı bəzəməkdə heç bir problem yoxdur. Yeni ili də, hz. İsanın ad gününü də qeyd etmək olar. Bir Peyğəmbərin ad gününü qeyd etmək çox gözəldir. Günah olan isə spirtli içki qəbul etməkdir. Həyata rəng qatan hər şey nemətdir. Yeni ilin qeyd edilməsinə qarşı olmaq cihad etmək deyil.
İçkisiz, harama girmədən, tərtəmiz yeni il bayramını hər müsəlman keçirə bilər. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, səliqə anlayışını bütün dünya görməlidir.
İnşaAllah, 2025-ci ildə dünyamız, bütün müsəlmanların və fərqli din mənsublarının birlikdə gözəl şəkildə yaşamaları, bir-birləri ilə xeyirlərdə yarışmaları ilə, xeyirli işlərdə birlik olmaları və sevgidə hər kəsin bir-birinə nümunə olması ilə daha da gözəlləşəcəkdir.
Rəbbimiz bütün müsəlmanlara rifah, birlik və hüzurlu yaşayacaqları bir il keçirməyi nəsib etsin. Sevgi olmayan yerdə bayram sevinci olmaz. Əvvəlcə sevgi olmalıdır ki, bayramın sevinci, coşğusu olsun.
Hz. Məhəmməd peyğəmbər də Kitab əhlinin (xristian və yəhudi) bayramlarına qatılmış və onları da islam bayramlarına dəvət etmişdir. Kitab əhlinin yeməkləri müsəlmanlara halaldır, bu barədə ayədə belə ifadə edilir:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır… (Maidə surəsi, 5)
Allah yeni ili bütün İslam aləmi, bütün dünya üçün xeyirli etsin. Allah İslam aləminin üzərindəki bəlaları, uğursuzluqları, müharibələri aradan qaldırsın. Bizi İsa Məsih və Hz. Mehdiyə tələbə etsin.
Yeni iliniz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz mübarək!

