Yeni azğın təriqət Rumilik

İnsanların çoxu elə zənn edir ki, mövləvilik sevgi və qardaşlığı təlqin edir

İnsanların çoxu elə zənn edir ki, mövləvilik sevgi və qardaşlığı təlqin edir. Halbuki bir az araşdırma apardıqda durumun fərqli olduğu görünər.

Mövlana Cəlaləddin Ruminin kitabları islami əsərlərdən biri kimi tanınır. Lakin bu kitablarda Qurana uyğun olmayan, cəmiyyətin əxlaqını ciddi şəkildə pozan qeyri-əxlaqi hissələrin mövcud olduğunu bir çoxları bilmir. Bu kitablarda Qurana tamamilə zidd fəlsəfə və həyat tərzindən bəhs edilən hissələr var.

Belə ki, Allaha iman etməyən, hz. Məhəmmədi peyğəmbər olaraq qəbul etməyən və ya İslama açıq şəkildə qarşı çıxan bir çoxlarının mövləviliyi müdafiə etməyinin əsasında da Qurana uyğun olmayan bu hissələrdir. Həmin şəxslər müsəlmanlığa şiddətlə qarşıdırlar, lakin Mövlananı tərifləyir, ona aid edilən kitablarda bəhs edilənləri qəbul edir və insanlara bunu təbliğ edirlər.

Rumilik olaraq adlandırılan bu cərəyanın kökündə Allahın yaratmasını inkar edən darvinizm, Allahın Quranda çirkin əxlaqsızlıq adlandırdığı və haram etdiyi homoseksuallıq, qadınları ikinci sinif olaraq görüb alçaltmaq, irqçi yanaşma ilə türk millətini pisləmək və şərabı halal görmək kimi qeyri-əxlaqi və Qurana zidd inanclar var. Rumilik İslamsız və Quransız müsəlman anlayışını ortaya çıxarmaq üçün dəccal tərəfindən xüsusi və şüurlu şəkildə istifadə edilən fəlsəfədir.

Rumiliyi İslamın yerinə mənimsətməyə çalışan insanların ortaq fikirlərinə baxdıqda görünür ki, onların böyük hissəsi homoseksuallığı və Quran əxlaqına uyğun olmayan həyat anlayışını müdafiə edir, elmi dəlilləri olmadığı halda təkamülü təbliğ edirlər. Bunlardan xəbərsiz olan bir çox adam böyük ehtimalla xoş niyyətlə Mövlananın kitablarından alınan bəzi cümlələri yayarkən fərqində olmadan rumilik fəlsəfəsinə kömək etmiş olurlar.

Bu fəlsəfə əsrlərdən bəri qərəzli şəkildə müsəlmanları zəiflətmək və onları təsir altına alıb yönləndirmək məqsədi ilə yayılır. Rumilik Quran və İsamla ziddiyyət təşkil edən ayrı fəlsəfədir. Bu fəlsəfənin dayaq nöqtəsi isə Cəlaləddin Ruminin (Mövlananın) kitablarıdır.