Kəhf surəsi, 94-cı ayə. Onlar dedilər: “Ey Zülqərneyn! həqiqətən Yəcuc–Məcuc (tayfaları)…”– burda iki cəhətli, yəni Yəcuc-Məcuc var, Zülqərneyn iki istiqamətlidir. Yəcuc və Məcuc, yəni anarxist və terroristlərdir. “Yer üzündə” yəni bütün dünyada təxribatçılıq çıxarırlar, hal-hazırda dünyada terroristlər, dövlət terroru və şəxsi terrorlar baş verir. Dəccaliyyətin əsas xüsusiyyəti budur. Yəcuc və Məcuc, dəccalın insan olaraq istifadə etdiyi işçilərinin adıdır. Yəni insanlara hücum etdiyi, qan tökdüyü, əzab verdiyi işçilərdir. Dəccal, bunların lideridir, Yəcuc və Məcuc işçiləridir, qan tökücü işçilərdir.
“Ey Zül-qərneyn, həqiqətən Yəcuc və Məcuc, yer üzündə fitnə-fasad törədirlər.” – dünya səviyyəsində təxribatçılıq, terror hadisələri törədirlər, anarxiya çıxarırlar, “bizimlə onlar arasında bir sədd çəkməyin üçün sənə vergi verəkmi?”, yəni, sənə pul verək, vergi verək, onlardan xilas olaq. Terrordan, anarxiyadan bizi qurtar deyirlər. “Dedi ki: “Rəbbimin mənə verdiyi (iqtidar, güc, nemət və imkan) daha xeyirlidir.” Pulu qəbul etmədi, yəni mənim maddiyyata işim yoxdur, deyir. Mehdi (ə.s) da, Allah rızası üçün cəhd göstərəcək.
Ayənin izahından anlayırıq ki, “Rəbbimin mənə verdiyi (iqtidar, güc, qüdrət, sərvət)” eyni zamanda başqa ayələrdə, dünya hakimiyyətinə aid olan ayələrdə də keçir. “(iqtidar, güc, nemət və imkan), daha xeyirlidir.” Biri var xeyirlisi, bir də var daha xeyirlisi. Demək ki, müsəlman həmişə daha yaxşısını, daha xeyirlisini, Allahın razılığına ən uyğun olanını axtarmalıdır. “Daha xeyirlidir.” deyir. “Mənə (insani) öz qüvvənizlə kömək edin,” Mehdi (ə.s.)-ın da nəyə ehtiyacı vardır? Müsəlmanların onu dəstəkləməsinə ehtiyacı vardır. Bunu Allah təmin edəcək. “Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!” yəni “mən anarxiya və terroru dayandıraram” amma, mənim pula deyil, insana ehtiyacım var. Məni dəstəkləyən, əmrimi icra edən, sözümü dinləyən çox insana ehtiyacım var.
“Mənə dəmir parçaları gətirin” – Mehdi (ə.s) nə edəcək? Bütün tankları, topları, silahları (metalları) əridəcək. Çünki müharibə üçün hər ölkənin tank, top və digər silahları metal olaraq milyonlarla tondur. Çox dəmir var. Bunları əridəcəyini anlayırıq. Buna işarə var, inşaAllah. “Mənə dəmir parçaları gətirin, iki dağın arası bərabər səviyyəyə gəlincə (dəmir parçalar ilə doldurulduqda), körükləyin (üfürün, qızdırın)” dedi. Yəni, toplanacaq silahların dağlar kimi olacağı aydın olur. “Onu atəş halına gətirənə qədər, əridənə kimi körükləyin (üfürün, qızışdırın)” deyir. Yəni, əridiləcək və istifadə ediləcək, bunu anlayırıq “(bu işi etdi, sonra:) dedi ki: “Mənə əridilmiş mis gətirin üzərinə töküm”. “Mis” burada, dəmir və qatranın istifadə edildiyi bir silah növü və yaxud belə bir ehtimal var ki, cinlərə qarşı və bəzi varlıqlara qarşı müdafiə etmədə istifadə ediləcək bir şeylərdən də bəhs edilmiş ola bilər.
“(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.” Quran burada küfrə qarşı, anarxiya və terrora qarşı çox möhkəm bir sədd, əsaslı bir səddin çəkilməsinin əhəmiyyətinə diqqət çəkmiş olur. Çünki, zəif maneələrdə nəticə alına bilməz. Məsələn, PKK-ya qarşı mübarizə aparılır, amma, mane ola bilmirlər. Baxın, “nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.” Yəni müdafiə sistemi güclüdür. Başqa bir mənası da, məsələn, polis bölmələrin və yaxud, möhkəmləndirilmiş mövqelərin dəmirdən olması. Məsələn, məşhur Majino xətti vardır, Fransızların Majino xəttində çoxlu dəmir və polad istifadə olunmuşdur. Quran, dəmirdən düzəldilmə müdafiə xətlərinin əhəmiyyətinə də diqqət çəkir.
Peyğəmbərimiz Yəcüc və Məcücdən bəhs edərkən əlləri ilə 90 işarəsi edərək PKK-ya işarə etmişdir:
Əbu Hüreyrənin nəql etdiyinə görə, Rəsulullah belə buyurmuşdur: “BUGÜN YƏCÜC İLƏ MƏCÜCÜN SURLARI (SƏDDİ) BELƏ AÇILDI”. Bunu deyərkən ƏLLƏRİ İLƏ 90 İŞARƏSİ ETDİ. (Musannef, ibni Ebi Şeybe, 16-cı cild, hədis: 38425 səh. 66)
Türkiyədə 1990-cı illər, PKK terror şiddətinə və PKK-ın siyasiləşməsinə səbəb oldu. Xalq Əmək Partiyası (HEP) 1990 da quruldu. Demokratiya Partiyası (DEP), HEP-in bağlanılması ehtimalına qarşı iyun 1991-ci ildə quruldu. 1994-cü ildə kürd siyasi hərəkatı üçün yeni bir dövr başladı, Xalqın Demokratiya partiyası (HADEP) quruldu.

