Şeytanın insanları pisliyə çağırmaq üçün işlətdiyi üsullardan biri isə “yaxşını pis, pisi də yaxşı göstərib” insanları aldatmaqdır. Şeytan, doğru yolda olduqlarına inandırmaq üçün insanlara çox müxtəlif və çoxlu sayda saxta dəlil göstərər. Bu dəlillər o qədər təfsilatlı hazırlanmış və elə hiyləgər məntiqlərlə bəzənmişdir ki, iman gözü ilə baxmayanlar asanlıqla inanarlar. Şeytanın göstərdiyi dəlilləri həqiqətmiş kimi qəbul edər və davranışlarını, özlərini inandırdıqları bu saxta həqiqətlər əsasında istiqamətləndirərlər.
Şeytanın bu yöndəki oyunlarına aldanıb yanlış hərəkətlərə yol verən insanlara dair gündəlik həyatda bir çox nümunəyə rast gəlmək mümkündür. Məsələn, şeytan bəzən verdiyi təlqinlərlə insana yaxın dostunu, düşməni hesab edəcək vəziyyətə gətirə bilər. Qarşı tərəfin pisniyyətli olduğuna və özünə düşmənçilik bəslədiyinə dair o qədər təfsilatlı və dəqiq dəlillər irəli sürər ki, bu insan dostunun xoşniyyətli hərəkətlərini belə bu cür qəbul etməyə başlayar. Buna görə də, hər rəftarın, hər sözün arxasında müəyyən eyham və ya zidd məna axtarar. Şeytanın təsirinə düşmüş və verdiyi təlqinlərlə zidd düşünməyə başlamışdır ki, qarşı tərəf bu vəziyyəti aradan qaldırmaq üçün, nə qədər xoşniyyətli səy göstərsə də, fayda verməz.
Şeytan bəzən də eyni təlqini tam əks istiqamətdə verər. İnsanın, özünə zərər verəcək və pisliyə sürükləyəcək kəsləri dost kimi görməsini təmin edər. Ortada bu insanın pis niyyətini sübut edən çoxlu sübut olduğu halda, şeytan bütün bunlara izah gətirib bu pis niyyətin görülməsinə mane olar. Bir neçə əhəmiyyətsiz təfsilatı da ön plana çıxardıb gözündə böyüdərək, qarşı tərəfin xoşniyyətli olduğu məsələsində onu razı salar.
Şeytan, bu üsullarından insanın gündəlik həyatında qarşısına çıxan hər mövzuda istifadə edər. Bütün bunların nəticəsində pisliyə təşviq etdiyi insanı, qəflətə sürükləyib etdiyi pisliklərdən çəkinməsinə mane olar. Halbuki əslində özü bu insanın yaxın dostu olmuş və onu öz din anlayışına, öz əxlaq xüsusiyyətlərinə yaxınlaşdırmışdır. Quranda şeytanın insanları bu şəkildə; “hidayətdə olduqları təəssüratını verərək doğru yoldan azdırdığı” belə bildirilmişdir:
Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlsə, Biz bir şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur.
Həqiqətən bunlar (bu şeytanlar), onları doğru yoldan çıxardar; onlar isə özlərinin həqiqətən doğru yolda olduqlarını güman edərlər. (Zuxruf surəsi, 36-37)
Eynilə xurafatçılar da, batil adətləri “Qurandaymış” kimi doğru olduğunu insanlara göstərib, tam tərsinə Quranda yazılan, Allahın hökmü olan islam hökmlərini isə səhv olduğunu və ya saxta hədislərlə bu fərzin hökmünün düşdüyünü deyərlər. Məzhəblər arasında bu cür halları çox görmək mümkündür. Hər məzhəb və təriqətdə özünü doğru olduğunu deyər və digərlərinin səhv yolda olduğunu, yəni özləri haqq digərləri isə haqq olmadığını açıq şəkildə deyərlər.
Halbuki Qurana görə hamısı Qurandan uzaqlaşmış, Allahın doğru göstərdiyi fərzləri unutmuş və ya saxta hədislərlə qüvvədən salmış (Allahı və Quranı tənzih edirəm), “atalarından gəlmə”, digər bütpərəst və haqdan uzaqlaşmış dinlərdən keçmə adət və bidatları, Allahı hökmü kimi göstərərək, Allah adına yalan uydurmaqdadırlar. Bunu edən insanlara Allah münafiq olaraq adlandırmışdır. Münafiqlərsə insan formasında şeytanlardır.
O (şeytan), cinlərdən də olur, insanlardan da. (Nas surəsi, 6)

