İnsanlar həmişə hüzurlu, güvən içində yaşadıqları, dostluq və sevincin olduğu mühit istəyərlər. Ancaq bunu istəyərkən belə mühitin meydana gəlməsi üçün bir səy göstərməz, hətta şəxsən özləri hüzuru və rahatı qaçırarlar. Hüzur, dostluq və təhlükəsizlik yaratmağı isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan ölkələr arası əlaqələrə qədər belədir. Halbuki gözəlliklər, dostluqlar, hüzur və güvən fədakarlıq istəyər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərsə, hər kəs öz rahatını düşünər, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranarlar. Onlar həm fədakar, həm bağışlayıcı, həm də səbirlidirlər. Onlara haqsızlıq edildiyində də haqlarından keçərək, cəmiyyətin hüzur və təhlükəsizliyini, insanların sevincini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir.
Allah belə üstün rəftara qarşılıq, möminlərin düşmənlərini “yaxın bir dost”a çevirər (Fussilət surəsi, 34). Bu, Allahın sirlərindən biridir. Nəticədə bütün insanların ürəyi Allahın əlindədir. Allah kimi istəsə, onun ürəyini və düşüncəsini dəyişdirə bilər.
Allah gözəl və yumşaq sözün təsirini başqa ayələrdə də xəbər verir. Allah, hz. Musa və hz. Haruna Firona getmələrini və ona yumşaq söz söyləmələrini əmr edir. Firon son dərəcə azğın, mərhəmətsiz və zalımdır. Ancaq Allah buna baxmayaraq, elçilərinə ona yumşaq söz söyləmələrini əmr etmişdir (Taha surəsi, 43-44).
Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə davranmasını bildirir. Bunlar, əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır. Allah möminlərin əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini bir sirr olaraq bildirmişdir.

