Səhər oyananda insanın vücudunda meydana gələn dəyişikliklərdə bir çox hikmətlər var. İstəmədiyi halda insanın üzü şişib, saçları çirklənib, bədənində və ağzında arzuedilməz qoxular meydana gəlib. Güzgüdə gördüyü şişmiş üzü və dağınıq halı ona nə qədər aciz olduğunu göstərir. Hər bir insan səhərlər mütləq üzünü yumaq, dişlərini fırçalamaq və özünü qaydaya salmaq məcburiyyətindədir. Bu hal Quran əxlaqını mənimsəmiş bir insana özünü digər insanlardan üstün hesab edən bir cəhətin olmadığını və yalnız Allahın hər cür qüsurdan uzaq olduğunu xatırladır.
Bundan başqa, səmimi bir şəkildə Allaha üz tutan bir insan istəmədiyi bir narahatlıq verən halını güzgüdə görəndə gözəl olan şeylərə öz gücü və istəyi ilə nail olmasının mümkün olmadığını çox yaxşı anlayır.
Göründüyü kimi, Allah bəndələrini öz acizliklərini xatırlamaları və Ona üz tutmaları üçün bir çox qüsurlarla yaradıb.
