Axırzaman dünyanın son dövrlərini ifadə edən sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövrdə insanlıq ilk olaraq böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclıq və yoxsulluğun, əxlaqi pozuntunun, müharibə və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr insanların din əxlaqına yönəlmələri ilə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq, dünya tarixində heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq. Allah dünyada aydınlıq və bərəkət üçün hz. İsanın yenidən dünyaya zühurunu və “Mehdi” sifətini daşıyan müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün bunlar bizə Peyğəmbərimiz (s) tərəfindən müjdələnən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.
Tövratda və İncildə izah edilən Axırzaman əlamətləri və din əxlaqının hakim olacağı dövrlə əlaqədar izahların çox hissəsi islami qaynaqlarla uyğundur.
Tövratda bəhs olunan və hakimiyyət vəd edilən israiloğulları qövmünün əslində Mehdi camaatı olduğu, Mehdi camaatını təyin edəcək ünsürün nəsil deyil, səmimi iman olduğu vurğulanır. Mehdi (ə.s.) və camaatı Allah üçün etdikləri işlərin müvəffəqiyyətli olması ilə tanınacaq. Allah dinini hakim etmək üçün taledə kimi vəsilə etsə, bu xüsusiyyətə malik olanlar da onlar olacaq.
Əsl din əxlaqının bütün dünyaya hakim olması və bu sayədə insanların hər cür maddi-mənəvi çətinlikdən xilas olmaları bütün iman edənlərin arzusudur. Mehdinin (ə.s.) çıxışından əvvəl yaşanan bir çox hadisə əsrlərlə gözlənilən bu mübarək dövrün başladığını göstərir. Bütün möminlər kimi, bizim də duamız Allahın bizlərə din əxlaqının dünyaya yayılması üçün aparılacaq elmi mübarizədə iştirak etmə imkanı verməsi və bizləri də bu müqəddəs dövrə şahid etməsidir.

