“Aləmi İslamın vəhdətini (İslam aləminin birliyini) nöqtəyi istinad edib (dayaq nöqtəsi edib) bəşəriyyəti (insanlığı) maddi və mənəvi təhlükələrdən və qəzəbi İlahidən (Allahın əzabından) qurtarır. Bu vəzifənin icra edilməsi üçün nöqtə-istinadı (dayaq nöqtəsi) və həddimləri (xidmətçiləri), MİLYONLARLA EFRADI (üzvü) OLAN ORDU lazımdır.” (Emirdağ Lahikası, səh. 259)
Bədiüzzaman “MİLYONLARLA EFRADI (ÜZVÜ) OLAN ORDU” sözləri ilə hz. Mehdinin İslam Birliyini təmin etməsində, ona kömək edəcək çox geniş kütlənin olacağından bəhs edir. Bədiüzzaman hz. Mehdinin xidmətində, Allahın varlığı və birliyi mövzusunu, iman həqiqətlərini bütün bəşəriyyətə izah edəcək, geniş əhatəli imani xidmət icra edəcək olan elm və iman sahibi toplum olacağını bildirmişdir.
Bədiüzzaman əsərlərində yer verdiyi digər sözlərində özünün də bu elm ordusunun, onlara əvvəldən hazırlıq görən bir şəxs, yəni əsgər olduğunu izah edir. Bədiüzzamanın yaşadığı dövrdə belə geniş ətrafı və köməyi olmamışdır. Bədiüzzamanın da sözlərində dəfələrlə ifadə etdiyi kimi, məhdud bir toplum olan Nur tələbələri çox məhdud imkanlar çərçivəsində və çox böyük fədakarlıqla böyük imani xidmət ediblər. Bədiüzzaman belə böyük kütlənin dəstəyinin, ancaq Axırzamanda olacağını və bunun da hz. Mehdinin yerinə yetirəcəyi bu böyük vəzifəyə nəsib olacağını bildirir.

