Kallima inachus adlı kəpənək növləri, istifadə edildiyi ağacın yarpağının şəklini tam ala bilər. Ön və arxa qanadların forması yarpağın ümumi formasını verəcək quruluşa sahibdir. İki qanadın bir-birinə uyğunlaşması və kölgəli xətt şəklində yarpağın mərkəzi damarını meydana gətirməsi də çox maraqlıdır. Arxa qanadlarda ailənin başqa heç bir növündə olmayan yarpaq sapı təəssüratı yaradan kiçik çıxıntı vardır. Kəpənəyin üzərindəki ağac yarpaqlarına səpələnmiş “kif”ə bənzər ləkələr də var. Daha da maraqlısı qanadların üzərinin yarpaqdakılara bənzər sədəf kimi məsamələr ilə örtülməsidir. (“Bilim ve Teknik” jurnalı, sayı 257, səh. 11)
Yarpaq şəklini ala bilən kəpənək
