Yarılan yer üzü

Yerin çatlı quruluşu Quranda

Yuxarıdakı ayədə işlədilən ərəb dilindəki “sada” sözü azərbaycanca “çatlama, yarılma, aralanma” mənalarını verir. Allahın yarılan yerə and içməsi Quranın digər elmi möcüzələrində olduğu kimi, burada da xüsusi cəhətə diqqət çəkir.

Yer qabığının altındakı mantiya təbəqəsi, bu çatlı quruluş sayəsində çölə çıxış imkanı tapır; beləcə, yer üzünün temperaturu əhəmiyyətli dərəcədə azalmış olur.

1945-46-cı illərdə elm adamları mineral mənbələrini araşdırmaq üçün ilk dəfə dəniz və okeanların dibinə endilər. Tədqiqatlarda diqqətçəkən cəhətlərdən biri Yerin çatları idi. Yerin səthindəki qayalıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətində on min kilometrlərlə uzunluqda çoxlu sayda geniş çatlarla yarılmışdı. Bundan əlavə, elm adamları 100-150 km dərinlikdə dənizlərin və okeanların altında ərimiş maqmanın olduğunu gördülər.

Bu qırıq və çatlara görə dənizlərin ortasında yerləşən dağlardan lava axır. Yer üzünün bu çatlarından Yerin daxilindəki istilik çölə çıxır və ərimiş daş parçalarının böyük hissəsi okeanlardakı təpələri əmələ gətirir. Əgər Yer qabığının yüksək temperaturun çölə çıxmasını təmin edən bu quruluşu olmasaydı, Yerdə həyat qeyri-mümkün olardı.