Yaradılış məqsədimizi Allah bizrə Quranda belə bildirir:
… İnsanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)
Bu ayədə bizə xəbər verildiyi kimi, insanın yer üzündə mövcud olma məqsədi yalnız Allaha qulluq etmək, Ona ibadət etmək, Onun razılığını qazanmaqdır. İnsan dünyada olduğu müddət ərzində bu mövzuda sınanar.
Hər kəsin bir xidmət borcu var, amma Allah bizi imtahan edir. Allah imtahanda nə etdiyimizi yoxlayıb müəyyən etdikdən sonra bizim nə olduğumuzu anlamağa ehtiyac duymur. Allah bunları zatən sonsuz əvvəldən bilirdi. Çünki bunların hamısını Allah yaratmışdır. Allahın batinindəki əsl məqsədi bizim özümüzü tanımaqdır; Yəni, biz necə insanlarıq, əxlaqımız necədir, şəxsiyyətimiz necədir? Yoxsa nə edəcəyimizi Allah bilir və onu artıq sonsuz əvvəldə yaratmışdır.
