Adətən, insanlar vacib gördükləri hadisələrə və dəyər verdikləri insanlara qarşı çox həssas olurlar. Bu mövzuda ən cüzi bir xəta belə etməməyə çalışırlar. Hər şeyin ən mükəmməl şəkildə baş verməsi üçün əllərindən gələn hər şeyi edirlər. Dəyər verdikləri bir insanın üzəridə əsirlər, onun saçının bir telinə belə zərər gəlməməsi üçün ciddi səy göstərirlər. Hər bir hadisədə bu insanları qoruyub müdafiə edir, maddi və mənəvi cəhətdən arxa durur, daim onları xoşbəxt etməyin yollarını axtararlar.
Əlbəttə ki, Allah sevgisinə və Allah rizasına əsaslanan belə bir sevgi və sədaqət nümunəsi son dərəcə gözəl bir nemətdir. Bu səbəbdən də belə bir sevgi anlayışı şeytanın heç sevmədiyi əxlaq növüdür.
Şeytanın belə əxlaqa malik olan insanlara təsir etməsi çox çətindir. Buna görə də, dolayı və hiyləgər yollarla onları aldatmağa çalışır. Onun məqsədi bu tərzdəki “dərin sevgi” anlayışına malik olan insanlar arasındakı sevgini zədələməyə çalışmaqdır.
İnsanlar bəzən şeytanın vəsvəsəsi ilə çox dəyər verdiyi və Allah rizası üçün üzəridə titrədiyi, çox ehtiyatla sevdiyi insanlara qarşı belə səhv münasibət göstərə bilər. Əlbəttə, insan çox vaxt, istəmədən belə olsa, sevdiklərinə qarşı səhv edə bilərlər. Ancaq bunları ya ehtiyatsızlıqdan, ya lazımınca düşünməməkdən, yaxud da nəticəni doğru qiymətləndirmədiyindən edər. Şeytanın istədiyi isə bu deyildir. Şeytan “müsəlmanlar arasına fitnə-fəsad salaraq münasibətləri korlamağı” hədəfləyir. İnsanı Quran əxlaqından və Quran məntiqi ilə düşünməkdən uzaqlaşmasını və bunun nəticəsində səmimi sevginin zədələnməsini istəyir. Şeytan insanı belə bir rəftar pozuqluluğuna sürükləmək üçün insana “necə olsa da yoluna qoyaram” məntiqini təlqin edər…
I …Dərin sevginin şərtlərini yaxşı bilən insan əslində həqiqi sevgidə belə bir məntiqə yer olmadığını bilir. İnsanın istər bir dəfə, istərsə də çox qısa zaman üçün olsa belə nə fiziki, nə də mənəvi bir mövzuda “sevdiyinə qıymamasının” lazım olduğunu bilir. Əks halda, sevdiyi insanı və ona qarşı hiss etdiyi duyğularını gözdən salacağını və məhv edəcəyini bilir. “Necə olsa yoluna qoyaram” düşüncəsi ilə hərəkət edən bir insanın həqiqi mənada “sevgi hissindən” və “sevməyi bacardığından” danışmaq mümkün deyildir. Həqiqi sevgidə insanın sevdiyinə qarşı belə məntiqlə yaxınlaşmayacağını bilir. Sevgidə hər şeydən əvvəl həssaslıq və diqqət göstərdiyi halda, “necə olsa yoluna qoyaram” məntiqi ilə göstərəcəyi münasibət, bütün gözəllikləri kökündən məhv edə bilər.
Ancaq bu həqiqətləri bildiklərinə baxmayaraq yenə də şeytan insanları belə səhv əxlaq göstərməyə təşviq edər. Həmin an üçün insanın nəfsinin səsinə qulaq asmasında bir problem olmayacağını və istədiyi anda o xətanı bərpa edəcəyini təlqin edər. Əlbəttə, insanın ölənə qədər hər bir səhvini bərpa etməsi üçün mütləq bir imkanı olacaq. Ancaq belə bir imkanının olması insanın bilə-bilə səhv hərəkət etməsi üçün bəhanə olmamalıdır. İnsan istəmədən etdiyi səhvi düzəltmək üçün əlindən gələni edər və Allah istərsə, həqiqətən də bunu bacarar. İnsan istəmədən deyil, tam əksinə, belə bir imkanın arxasında gizlənib bilə-bilə səhv hərəkət etməsi başqa bir vəziyyətdir.
Hər şeydən əvvəl bu, Allahın rizasına və dinə uyğun münasibət deyildir. Allahı sevən bir insan Allahın bəyənmədiyi münasibətdən necə olursa olsun, çəkinər. Allahın razı olmayacağı bir münasibət üçün heç vaxt “necə olsa yoluna qoyaram” deyə düşünüb bunu etməyə cəsarət göstərməz. Allah qorxusu onu belə bir yanlış cəsarətdən çəkindirər.
İkincisi, insan bir an sonra yaşayıb-yaşamayacağından əmin deyildir. Hər an ölə biləcəyini bilən və axirətə inanan bir insan da, qətiyyən “sonra bərpa edərəm” məntiqinə güvənib səhv hərəkət etməz. Öldüyü təqdirdə Allaha bunun hesabını verə bilməyəcəyi, Quran əxlaqına uyğun olmadığını bildiyi və nəticədə də sonsuza qədər peşmançılıq çəkməsinə səbəb olacaq bir davranış etməkdən çəkinər.

