İnsan gözəlliklərdən zövq alacaq, sevinc, rahatlıq içində yaşamaq istəyi duyacaq şəkildə yaradılmışdır. Bu baxımdan bir insanın qarşısına çıxan çətinlikləri ən qısa zamanda ortadan qaldırmaq, ya da bunları gözəlliklərə, sevinc vəsiləsinə çevirmək istəməsi ən təbii səyi olacaq. Şübhəsiz dinclik, güvən duymaq, şən, xoşbəxt, rahat olmaq, cismən və ruhən sağlam olmaq üçün son dərəcə əhəmiyyətli ünsürlərdir.
Ancaq insanlar Qurana görə deyil, öz ölçülərinə, istək və ehtiraslarına, duyğularına görə hərəkət etdikləri zaman kədər, çətinlik, qorxu onlara hakim olar. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər (tale), təslimiyyət anlayışına sahib olmayan kimsə sabah ona və yaxınlarının başına nə gələcəyini bilmədiyindən daim narahatlıq hissi keçirər.
Halbuki insan Allahın qulları üçün seçib bəyəndiyi dinini yaşadığı, Quran əxlaqına sahib olduğu təqdirdə bu çətinliklərin heç birinə düşməyəcək, bu problemlərin heç birini yaşamayacaq. Allah elçiləri vasitəsilə bildirdiyi bu həqiqəti ayələrdə belə xəbər verir:
… hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq… (Taha surəsi, 123-124)
Ayədə deyildiyi kimi, bir çox insan isə Allahın zikrindən üz çevirdiyi üçün qeyri-məsud olar, sıxıntılı bir həyat tərzi keçirər. Bundan başqa, həyatın təsadüflərdən ibarət olduğuna inandığı üçün gələcəkdə gözəl nəticələr ola biləcək şeyləri də bir tərslik, çatışmamazlıq olaraq görər, bunların da sıxıntısını çəkər. İşdən çıxarılmaq, pulsuz qalmaq, aldadılmaq, xəstələnmək, ya da təltif edilməyi gözləyərkən lağ olunmaqla, sədaqət gözləyərkən nankorluqla əvəz görmək kimi qorxuları isə daim zehnini məşğul edər. Hər an kədərli bir xəbər almağın, xoşuna gəlməyəcək bir rəftar, ya da sözlə qarşılaşmağın təlaşını keçirər. Ən rahat, xoşbəxt anında belə yaşadığı bu anı daimi edə bilməməyin narahatlığını keçirərək kabus dolu bir həyat yaşayar. Bir ayədə Allah Qurandan uzaqlaşaraq bir ruh halı içinə girən insanların vəziyyətini belə açıqlayır:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)
Dindən uzaq həyat tərzi keçirən insanlar sevgi, şəfqət, mərhəmət, fədakarlıq, qardaşlıq, təvazökarlıq kimi Qurandakı gözəl əxlaq xüsusiyyətlərinə sahib olmayan insanlarla birlikdə olduqları üçün də təbii olaraq etibarsızlıq və narahatlıq içində olarlar. Heç kimin heç kimə qarşılıqsız kömək etmədiyi, qazanc əlaqələrinə əsaslanan dostluqların yaşandığı, səhvlərin hirslə qarşılandığı, hər kəsin bir-birinin haqqını yediyi, arxasından dedi-qodu etdiyi, səmimi fikirlərini söyləmədiyi süni, can ağrıdan bir sistemin içində yaşamaq duyğusallıq içindəki bir kimsə üçün bədbəxtlik səbəbidir.
Ancaq bu insanlar düşüncələrinə görə gözəl bir mühitdə olsalar da, dəyişən bir şey olmaz. Ətraflarında baş verən saysız müsbət mövzu olsa da, duyğusal kəslər bu mövzulara həmişə mənfi cəhətdən yaxınlaşarlar. Havanın isti və ya soyuq olması, yağışlı və ya küləkli olması, qısacası hər şeyə mənfi baxdıqlarından bu, onlar üçün bir çətinliyə çevrilər. Bir çox nümunələr verə biləcəyimiz bu hallarının gün boyunca davam etməsi Allahın “Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar.” (Tövbə surəsi, 82)

