Yalnız qalmaq istəyi şeytanın oyunudur

İnsanlar adətən sıxıntıları olduğu zaman, o mövzuya ən yaxşı həll yolunun “yalnızlıq” olduğunu

İnsanlar adətən sıxıntıları olduğu zaman, o mövzuya ən yaxşı həll yolunun “yalnızlıq” olduğunu düşünürlər. Dərhal olduqları yerdən uzaqlaşıb, özlərinə tək qala biləcəkləri bir yer axtarmağa çalışırlar. İş yerində ya da başqa bir yerdədilərsə, cəld evə getməyə çalışır, dostları ilə birlikdədirlərsə, dərhal onların yanından ayrılırlar. Evlərində ailələri ilə birlikdədirlərsə, dərhal otaqlarına çəkilirlər. Hər yerdə biri varsa, ən son çarə kimi olduqları evin ya da iş yerinin hamamı kimi heç kimin onları görə bilməyəcəyini düşündükləri bir yerə keçirlər. Qısacası şərtlər nə qədər çətin olsa da, mütləq yalnız qalmağa çalışırlar.

Yalnızlığın o anda, həmin sıxıntıdan qurtulmaları üçün heç bir fayda verməyəcəyinin şüurunda deyillər. Soruşsanız, səbəbini özləri də bilməzlər. Çünki o cür vəziyyətdə onsuzda, əsl problem “ağılla düşünməkdən qaçmaq istəmələridir”. Ətrafında kimsə olduğu zaman, davranışlarına diqqət etmələri, məqbul və məntiqli davranmaları lazım olacaq. Ancaq yalnız qaldıqlarında bunların heç birini düşünmək məcburiyyətində qalmadan, “düşünmədən” hərəkət edə biləcəklər. Bu düşünməkdən qaçmaq istəyinin isə özlərinə rahatlıq gətirəcəyinə inanırlar.

Əgər bir insan həqiqətən hər hansı bir mövzuda təfəkkür etmək, daha yaxşı və gözəl düşünə bilmək üçün Allaha sığınaraq, Allahdan yardım istəmək, dua etmək məqsədilə yalnız qalmaq istəsə, bu əlbəttə ki, çox məqbul davranış olar. Allah, Quranın bir çox ayəsində, insanlara bu əxlaqı tövsiyə etmişdir. Bu dərinliyi əldə etmək üçün əlbəttə mütləq tək qalmaq kimi bir məcburiyyət yoxdur, amma, məqsəd Allaha yönəlmək olduğunda, bu davranış normal bir hal alır.

Ancaq insanlar, adətən sıxıntı anlarında nəfslərinin təsiri altına düşdüklərində, Quran ayələrini lazımi şəkildə düşünə bilmədiklərində, vicdanlarını tam olaraq istifadə edə bilmədiklərində ətrafındakı insanlardan qaçıb tək qalmağa çalışırlar…

I …Yalnız qaldıqları zaman isə onlara ilk yanaşan və onların mövcud vəziyyətindən istifadə etmək istəyən varlıq, şeytan olur. Şeytan, bu şəxslərin vicdanlarından uzaqlaşıb, nəfslərinin təsiri altına düşmələrini təmin edir. Quranla düşünmələrini, Allah rizasına ən uyğun davranış nədirsə onu tətbiq etmələrini əngəlləməyə, unutdurmağa çalışır. Bunun yerinə o insanı, Quran əxlaqında olmayan davranışlara sürükləmək istəyir. Duyğusallığa, məntiqsizliyə, güvənsizliyə, ümidsizliyə, üzüntüyə, bədbinliyə qapılmaları üçün çabalayır. Allah diləmədikçə, dünyadakı tək bir toz zərrəciyinin belə hərəkət etməyəcəyini unutdurub, onlara hadisələri insanların idarə etdiyini düşündürür. Bu yanlışlıq nəticəsində də insanın, ətrafındakı insanlara, dostlarına, yaxınlarına qarşı nifrət, kin, həsəd, küsəyənlik kimi duyğulara qapılıb Quran əxlaqından uzaq davranışlar sərgiləməsinə şərait yaratmaq istəyir.

Diqqətlicə müşahidə edilərsə, burada deyilən insan xarakteri filmlərdə, dizilərdə və romanlarda da sıx-sıx yer aldığı görülər. Eyni şəkildə bir çox insan, uşaqlıqdan etibarən qohumları, ailəsi ya da dostları arasında, bu tərz bir davranış göstərən kimsələrə çox rast gəlmişdir. Cəmiyyətdə insanlara verilən bu təlqin nəticəsində, ağlını istifadə edə bilməyən, Allahdan uzaq yaşayan insanlar, müəyyən vəziyyətlərlə qarşılaşdıqları zaman bu cür davranışa meyl göstərirlər.

Bu cür insanların önəmli bir xüsusiyyəti də, yalnızlıqlarını heç kimin pozmasına icazə verməmələridir. Bəzən bir xəstəlik, bəzən yuxusuz olduqları, bəzən də çalışmaları lazım olduğu bəhanəsi ilə bu yalnızlığın müddətini mümkün olduğu qədər uzatmağa çalışırlar.

Tək qalmağı bacardıqdan sonra nə edəcəklərinə gəldikdə, tək istədikləri tək qalaraq, “heç bir şey etməməkdir”. Düşünməmək, ağıl və məntiqdən istifadə etməmək, içində olduqları vəziyyəti düzəltməyin və qurtulmağın yolunu axtarmağa çalışmamaq, insanlara qarşı sıxıntılarını gizlədib gözəl əxlaq göstərmək məcburiyyətində qalmamaq, yaxşılığı, əfvediciliyi, xoşməramlı olmağı və yetkin olmağı, sevgini, mərhəməti, fədakarlığı göstərən tərəf olmamaq, gözəl söz söyləməmək, gözəl üz göstərməmək və vicdanın yönəltdiyi daha bir çox gözəl davranışı yaşamaqdan qaçmaq.